Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qəzzadakı vəziyyət əxlaqi, siyasi və hüquqi cəhətdən dözülməzdir - BMT Baş katibi Quterreş

    17 Sentyabr 2025 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzadakı vəziyyət əxlaqi, siyasi və hüquqi cəhətdən dözülməzdir - BMT Baş katibi Quterreş
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Analitik Təhlil Mərkəzi

    BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı Qəzza şəhərinin “sistematik dağıdılmasını” pisləyib və bildirib ki, İsrailin soyqırımı törədib-törətmədiyi barədə qərarı beynəlxalq məhkəmələr verməlidir.

    “Baş katibin səlahiyyətlərinə soyqırımı barədə hüquqi qərar vermək aid deyil. Bu, yalnız Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətinə daxildir”-deyə Quttereş Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O, Qəzzada baş verənləri dəhşətli” adlandıraraq, “Mənim baş katib olduğum dövrdə heç bir münaqişədə bu qədər genişmiqyaslı mülki qırğın və şəhərlərin dağıdılması görməmişəm”, – deyə vurğulayıb. Quterreş əlavə edib ki, fələstinlilər aclıq, dəstəyin olmaması, davamlı didərginlik və ölüm riski ilə üz-üzədirlər.

    Quterreşin açıqlamaları BMT-nin İnsan Haqları Şurasının sifarişi ilə hazırlanan 72 səhifəlik araşdırma hesabatından sonra gəlib. Hesabatda İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada soyqırım aktları törətdiyi və bu hərəkətlərin dövlətin ali siyasi-hərbi rəhbərliyi – Baş nazir Benyamin Netanyahu, Prezident İsxaq Hersoq və keçmiş müdafiə naziri Yoav Qallant tərəfindən təşviq edildiyi vurğulanır.

    Komissiyanın rəhbəri, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq hakimi Navi Pillay bildirib ki, “Qəzzadakı davamlı soyqırımı həm mənəvi fəlakət, həm də hüquqi fövqəladə vəziyyətdir. İsrail rəhbərliyi fələstinliləri məhv etmək niyyəti ilə sistemli kampaniya aparır”.

    Beynəlxalq hüquqi proseslər

    Hesabat İsrailin 1948-ci il Soyqırım Konvensiyasında müəyyən edilmiş 5 əməldən 4-nü törətdiyini bildirir:

    •kütləvi qətllər,

    •ağır bədən və psixi zərər vurmaq,

    •həyat şəraitini qəsdən dözülməz etmək,

    •doğumların qarşısını almağa yönəlik tədbirlər.

    Bu hesabatın nəticələri artıq Haaqa Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım iddiasında və Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallanta qarşı çıxardığı həbs orderlərində istifadə oluna bilər.

    Fələstin Muxtariyyətinin XİN-i hesabatın “İsrailin soyqırımını birmənalı sübut etdiyini” bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailə hərbi-siyasi dəstəyin dayandırılmasına çağırıb.

    Avropa və Böyük Britaniya hökumətləri isə hələ də soyqırım barədə rəsmi mövqe tutmayaraq məsələni məhkəmələrin səlahiyyətinə aid etdiklərini bildirirlər. Lakin Böyük Britaniyada siyasətçilər və ictimai təşkilatlar hökuməti “dil və hüquq oyunları” oynamaqda ittiham edərək Qəzzadakı qətliamı “tarixin ən çox sənədləşdirilmiş soyqırımı” adlandırıblar.

    Bu müzakirələrin fonunda BMT Baş Assambleyası iki dövlətli həllin bərpasına dair “Nyu-York Bəyannaməsini” qəbul edib. Təşəbbüsün əsas müəllifləri Səudiyyə Ərəbistanı və Fransa olub. 22 sentyabrda Nyu-Yorkda beynəlxalq konfrans keçiriləcək və bir sıra Qərb dövlətlərinin Fələstini tanıyacağı gözlənilir.

    #Qəzza #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #BMT #Antonio Quterreş #Fələstin Səhiyyə Nazirliyi #Fələstinə dəstək yürüyüşü #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Fələstin mədəniyyəti #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.