BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Yalova şəhərində təlim uçuşu həyata keçirən F-16 hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici qrup göndərilib.
VOA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, F-16 tipli təyyarə uçuş zamanı qəza keçirib. Pilot katapult sistemindən istifadə edərək təyyarədən atılıb və sağ qalıb.
Hadisədən sonra əraziyə çoxlu sayda tibbi yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. Qəza zamanı yaranan alov və qara tüstü ətraf ərazilərdən də müşahidə edilib.
Yalova valisi Əhməd Həmdi Usta hadisə yerinə gedib.
Milli Müdafiə Nazirliyi bildirib ki, qəzanın səbəbləri aparılacaq ətraflı texniki araşdırmadan sonra müəyyən ediləcək.