BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Milli Müdafiə Nazirliyi Pençe-Kilit əməliyyatı bölgəsində baş vermiş hərbi avtomobil qəzasında yaralanan mütəxəssis çavuş Abdurrahman Hilalın şəhid olduğunu açıqlayıb.
VOA xəbər verir ki, hərbi qulluqçu mayın 22-də baş vermiş avtomobil qəzası zamanı xəsarət almışdı. Xəstəxanada müalicə alan Abdurrahman Hilal həkimlərin bütün səylərinə baxmayaraq bu gün vəfat edib.
Milli Müdafiə Nazirliyinin paylaşımında müdafiə naziri Yaşar Gülərin başsağlığı mesajına da yer verilib.
Yaşar Gülər mesajında şəhid hərbçiyə Allahdan rəhmət, ailəsinə, yaxınlarına və Türkiyə xalqına səbir və başsağlığı diləyib.