Türkiyənin Milli Müdafiə Nazirliyi Pençe-Kilit əməliyyatı bölgəsində baş vermiş hərbi avtomobil qəzasında yaralanan mütəxəssis çavuş Abdurrahman Hilalın şəhid olduğunu açıqlayıb. Hərbi qulluqçu mayın 22-də baş vermiş avtomobil qəzası zamanı xəsarət almışdı. Xəstəxanada müalicə alan Abdurrahman Hilal həkimlərin bütün səylərinə baxmayaraq bu gün vəfat edib.
#Pençe-Kilit əməliyyatı
Təhlükəsizlik və ictimai həssaslıq səbəbilə mərasimin canlı yayımlanması və ictimai iştirakla keçirilməsi qərarından imtina olunub.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər "Pəncə-Kilid" əməliyyatı bölgəsində 12 əsgərin şəhid olması ilə nəticələnən hadisənin bütün detalları ilə araşdırılacağını açıqlayıb.
İraqda metan qazından zəhərlənərək şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.
Türkiyənin Milli Müdafiə Nazirliyi, Pençe-Kilit bölgəsində 2022-ci ildə şəhid olan Nuri Melih Bozkurtun cəsədini tapmaq məqsədilə aparılan axtarış fəaliyyətləri zamanı 19 əsgərin metan qazına məruz qalaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.