BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün gəldiyi Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən yüksək səviyyəli rəsmi mərasimlə qarşılanıb.
VOA xəbər verir ki, Ərdoğanın avtomobili Türkiyə və Qazaxıstan bayraqları ilə bəzədilmiş marşrutla hərəkət edərək Müstəqillik Sarayına gəlib.
Burada onu həmkarı Kasım-Jomart Tokayev qarşılayıb.
Hər iki liderin iştirak etdiyi mərasimdə hərbi qarovul dəstəsi iki ölkənin dövlət himnlərini ifa edib. Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsini salamlayıb.
Təkbətək görüşdən sonra liderlər Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasına sədrlik edəcəklər. Səfər çərçivəsində ikitərəfli sazişlərin imzalanması və birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı Türkiyə Prezidentini mühüm dövlət rəsmilərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir: