BAKI,VOA, Fərid Mikayılov
İstanbul Boğazı yelkən yarışları səbəbilə müvəqqəti olaraq gəmilərin hərəkətinə bağlandı
VOA xəbər verir ki, İstanbul Boğazında Türkiyə Yelken Federasiyasının (TYF) 2026-cı il fəaliyyət proqramı çərçivəsində keçirilən “HELLY HANSEN – SPORT WORKS BOSPHORUS RACE” yelkən yarışları səbəbilə tranzit gəmi keçidləri müvəqqəti dayandırılıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı Sahil Təhlükəsizliyi İdarəsindən məlumat verilib. Boğazda gəmi hərəkəti Türkiyə vaxtı ilə saat 08:40-dan etibarən dayandırılıb. Hərəkətin18:40-da yenidən bərpa olunacağı bildirilib.
Yarışların İstanbulda bir özəl universitet tərəfindən təşkil edildiyi və tədbirin beynəlxalq yelkən idmanı çərçivəsində keçirildiyi qeyd olunub.