#İstanbul Boğazı

İstanbul Boğazında Türkiyə Yelken Federasiyasının (TYF) 2026-cı il fəaliyyət proqramı çərçivəsində keçirilən “HELLY HANSEN – SPORT WORKS BOSPHORUS RACE” yelkən yarışları səbəbilə tranzit gəmi keçidləri müvəqqəti dayandırılıb.

İstanbul Boğazında sıx duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada boğazda görmə məhdudluğu səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldığı bildirilib. Səlahiyyətlilər bildiriblər ki, hava şəraiti normallaşdıqdan sonra naviqasiya yenidən açılacaq.

Haydərpaşa Limanından çıxacaq yedəkli yəni özü hərəkət edə bilməyən və başqa bir gəmi tərəfindən çəkilən gəmi) gəminin keçidi səbəbilə İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətli olaraq dayandırılıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, yedəkli gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə boğazda gəmilərin hərəkətinə fasilə verilib. Bu cür keçidlər zamanı hərəkətin dayandırılması, mümkün təhlükələrin qarşısını almaq üçün standart tədbir hesab olunur.