Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    2 Fevral 2026 22:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici siyasətə dair geniş açıqlamalar verib.

    AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə gərginliyi alovlandıran bütün qüvvələrin qarşısında qətiyyətlə dayanacağını bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən, məzhəbindən və inancından asılı olmayaraq region xalqları bir-birinə qonşudur və bu coğrafiyada birlikdə yaşamağa davam edəcək:

    “Biz hamımız əsrlərdir buradayıq və inşallah qiyamətə qədər də burada olacağıq. Çətin günlərdə yenə bir-birimizin qapısını döyəcəyik”.

    Ərdoğan çıxışında Suriya və İran ətrafında baş verən proseslərin yaxından izlənildiyini, Türkiyənin həm təhlükəsizlik, həm də humanitar baxımdan bölgədə fəal mövqe tutduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin Suriya ilə ən uzun quru sərhədi mövcuddur və iki ölkənin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.

    Prezident bildirib ki, Türkiyə Suriyada bütün etnik və dini qrupların – ərəb, kürd, türkmən, nusayri və xristianların – sülh və sabitlik şəraitində yaşadığı bir qonşu ölkə görmək istəyir. Onun sözlərinə görə, Suriyanın şimalında vahid dövlət və vahid ordu prinsipi əsasında, qan tökülmədən həll yolu tapılması son dərəcə vacibdir.

    Ərdoğan Suriyada hökumət və SDQ arasında əldə olunan razılaşmaları bu prizmadan dəyərləndirdiklərini bildirib və əlavə edib ki, bu razılaşmalar Suriya xalqı üçün yeni mərhələ aça bilər. Prezident xəbərdarlıq edib ki, kim bu prosesi pozmağa çalışarsa, bunun məsuliyyətini daşımalı olacaq.

    Çıxışda iqtisadi məsələlərə də toxunan Ərdoğan bildirib ki, Türkiyə 2025-ci ili turizm və əsas iqtisadi göstəricilər üzrə müsbət nəticələrlə başa vurub. Turizm gəlirlərinin artdığını, Mərkəzi Bankın ehtiyatlarının yüksəldiyini qeyd edən Prezident, istehsal və məşğulluğu qorumaq üçün yeni maliyyə dəstək paketlərinin işə salınacağını açıqlayıb.

    Prezident Ərdoğan Türkiyənin Afrika və Türk dünyası ilə münasibətlərinin gücləndiyini, regional və qlobal miqyasda aktiv diplomatik xəttin davam etdirildiyini də vurğulayıb.

    #Ərdoğan: Qiyamətə qədər bu torpaqlarda birlikdə yaşayacağıq #Türkiyə Prezidenti: Gərginlik yaradanların qarşısında dayanacağıq #Ərdoğandan Suriya və regionla bağlı sərt mesaj #Prezident Ərdoğan: Biz qonşuyuq və belə də qalacağıq #Türkiyədən bölgədə sülh və sabitlik çağırışı #Ərdoğanın çıxışı: Birlik #təhlükəsizlik və iqtisadiyyat #Erdoğan: Kıyamete kadar burada olacağız #Cumhurbaşkanı Erdoğan’dan birlik ve komşuluk vurgusu #Erdoğan: Kan tüccarlarının karşısında duracağız #Erdoğan Kabine sonrası önemli açıklamalar yaptı #Türkiye’den Suriye mesajı: Barış ve istikrar #Cumhurbaşkanı Erdoğan’dan bölgesel birlik çağrısı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    23 Avqust 2026 11:40

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    23 Avqust 2026 11:36

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    22 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri -25 avqustun 20 mühüm hadisəsi

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar

    İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb

    İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.