Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan bu gün Trampla görüşəcək

    5 Yanvar 2026 09:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan bu gün Trampla görüşəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcək.

    AzerVoice xəbər verir ki, görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.

    Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir.

    “Hazırda bildiyiniz kimi, istər cənab Vladimir Putin, istər Volodimir Zelenski, istərsə də bu mövzuda cənab Tramp və Avropa ölkələrinin liderləri ilə görüşlərimiz davam edir. Bazar ertəsi saat 16:00 radələrində cənab Tramp ilə də görüşümüz olacaq. Rusiya–Ukrayna məsələlərini, eyni zamanda Fələstinlə bağlı mövzuları müzakirə etmək imkanımız olacaq” - deyə Ərdoğan vurğulayıb.

    Məlumata görə, görüşdə ABŞ-ın Venesuela ilə bağlı son addımları, o cümlədən ölkə Prezidenti Nikolas Maduro və onun ailəsi ətrafında baş verən hadisələr də gündəmdə olacaq. Vaşinqtonun Karakasla bağlı siyasəti və regional təhlükəsizlik məsələlərinin də liderlərin diqqət mərkəzində olacağı bildirilir.

    #Rəcəb Tayyib Ərdoğan #Ankara #Donald Tramp #Vaşinqton #Türkiyə-ABŞ münasibətləri #Fələstin məsələsi #Ərdoğan–Tramp görüşü #Rusiya–Ukrayna müharibəsi gündəmi #Qəzza zolağında son vəziyyət #Venesuela böhranı #Maduro ilə bağlı proseslər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.