#Fələstin məsələsi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner HƏMAS-ın tərksilahı və Qəzza üzrə sülh planının icrasında irəliləyişin bir ay ərzində başlaya biləcəyini bildirib. Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra HƏMAS-ın bəzi silahlarının təhvil verilməsi və tunellərin sıradan çıxarılması istiqamətində addımların 30 gün ərzində başlaya biləcəyini deyib.

İsraildə keçiriləcək Knesset seçkiləri öncəsi siyasi partiyaların İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə bağlı mövqeləri ölkənin əsas siyasi müzakirə mövzularından birinə çevrilib. İsrailin siyasi xəritəsində fərqli düşərgələr arasında ciddi fikir ayrılıqları olsa da, yəhudi yaşayış məntəqələri məsələsi bir çox siyasi qüvvələri birləşdirən əsas mövzulardan biri olaraq qalır. Partiyalar yaşayış məntəqələrinin gələcəyi, Fələstin məsələsinin həlli və mümkün ilhaq siyasəti ilə bağlı fərqli yanaşmalar ortaya qoyurlar.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İsrailin müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən Qüdslə bağlı açıqlamalara sərt reaksiya verib. Nazir bildirib ki, Türkiyə Fələstin məsələsinə və Qüdsün statusuna dair mövqeyindən geri çəkilməyəcək və bu həssaslığın heç kim tərəfindən sorğulanmasına imkan verməyəcək.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İsrailin işğal altındakı İordan çayının qərb sahilində torpaqları “dövlət torpağı” elan etməsi ilə bağlı qərarını kəskin şəkildə pisləyiblər. Nazirlər, həmçinin 1967-ci ildən bəri ilk dəfə olaraq işğal altındakı geniş ərazilərdə torpaq mülkiyyətinin qeydiyyatı və rəsmiləşdirilməsi prosedurlarının təsdiqlənməsini də qınayıblar. Birgə bəyanatda bu addımların qeyri-qanuni məskunlaşma fəaliyyətini sürətləndirməyə, torpaq müsadirəsinə, İsrailin faktiki nəzarətini möhkəmləndirməyə və işğal altındakı Fələstin ərazilərində qanunsuz suverenlik tətbiqinə yönəlmiş “təhlükəli eskalasiya” olduğu bildirilib.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb. Diplomatik mənbələrin məlumatına görə, danışıq zamanı başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik və humanitar durum ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə gərginliyin azaldılmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir. Görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.