Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk diasporu qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq ayaqda qalmağı və bütün sahələrdə söz, təsir və iradə sahibi olmağı bacarıb.

    AzerVoice xəbər verir ki, bu fikirlər Prezident Ərdoğanın Prezident Sarayında keçirilən tədbirdə çıxışı zamanı səsləndirilib. O, dünyanın müxtəlif bölgələrində yaşayan 7 milyondan çox Türkiyə vətəndaşına salam və sevgilərini çatdıraraq, soydaş və qohum icmalarla mənəvi bağların önəmini vurğulayıb.

    Ərdoğan çıxışında Qəzza, Fələstin, Livan, Sudan və digər bölgələrdə yaşanan humanitar böhranlara diqqət çəkərək, xüsusilə Qəzzada 2 milyondan çox fələstinlinin ağır şəraitdə yaşamaq uğrunda mübarizə apardığını qeyd edib. O, İsrailin hücumlarını insanlığa zidd adlandırıb və İslam aləmi üçün həmrəylik çağırışı edib.

    Suriya xalqının 14 illik mübarizədən sonra ölkəni yenidən ayağa qaldırmaq üçün ciddi səylər göstərdiyini bildirən Türkiyə Prezidenti, qlobal miqyasda artan qeyri-müəyyənlik fonunda birlik və qardaşlığın daha da vacib olduğunu vurğulayıb.

    Prezident Ərdoğan çıxışında Uluslararası Demokratlar Birliyinin fəaliyyətinə də toxunub. O bildirib ki, birlik Avropanın 17 ölkəsində fəaliyyət göstərərək, xaricdə yaşayan türklərin siyasi, sosial və iqtisadi həyatda fəal iştirakına mühüm töhfələr verir. Diasporun assimilyasiyaya uğramadan yaşadıqları cəmiyyətlərə inteqrasiya etməsinin vacibliyini qeyd edən Ərdoğan, birliyin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

    Ərdoğan vurğulayıb ki, xaricdəki türk icmalarının bu günkü mövqeyə gəlməsi asan olmayıb, onlar illər boyu ayrı-seçkilik, irqçilik və düşmənçiliklə üzləşiblər. Buna baxmayaraq, diaspor nümayəndələrinin əzm və sədaqətlə mübarizə apardığını qeyd edib.

    #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Livan xəbərləri #Qəzza hücumu #Suriya xəbərləri #Suriya münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır

    5 İyun 2026 11:07

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    4 İyun 2026 21:56

    Rəcəb Tayyib Ərdoğan: Afrika ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə davam edirik

    4 İyun 2026 19:52

    İranın əvvəlki hücumları müdafiə məqsədli idi?

    4 İyun 2026 19:11

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    4 İyun 2026 10:02

    Qəzzada 24 saat ərzində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb

    3 İyun 2026 18:41

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54
    XƏBƏR LENTİ

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    Azərbaycanda cərimə balları artırıla bilər

    BAEA İran nüvə obyektlərini yoxlaya bilmir

    ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək

    Türkiyədə may ayı üzrə inflyasiya nə qədər olub?

    Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib

    Azərbaycan nefti ucuzlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.