Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyəsiz dünya düzəni mümkün deyil - İtalya mətbuatı

    6 Sentyabr 2025 11:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyəsiz dünya düzəni mümkün deyil - İtalya mətbuatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İtaliyanın nüfuzlu qəzetlərindən Il Gazzettino, Türkiyənin qlobal siyasətdəki həlledici rolunu ön plana çıxaran geniş təhlil dərc edib. Qəzetin baş redaktoru Roberto Papettinin imzası ilə yayımlanan yazıda vurğulanır ki, nə NATO, nə də Avropa Türkiyədən vaz keçə bilməz, çünki Ankara olmadan nə regional, nə də qlobal təhlükəsizlik təmin oluna bilər.

    Məqalədə Türkiyənin Pekində keçirilən BRİKS Zirvəsinə qatılması Qərb mediasında müzakirə mövzusu kimi göstərilir. Papetti qeyd edir ki, bu addım NATO daxilində müəyyən narahatlıq doğursa da, Türkiyənin Asiya ilə iqtisadi əlaqələrini gücləndirməsi və yeni əməkdaşlıqlara açıq olması Ankaranı qlobal sistemin mərkəzində əvəzolunmaz aktora çevirir.

    Papetti, Prezident Rəcəb Tayyib Ərdoğanın pragmatik və çoxvektorlu xarici siyasəti sayəsində Türkiyənin regional gücdən qlobal arenada təsirli oyunçuya çevrildiyini yazıb.

    “Ankara, Asiya ilə Avropa arasında strateji mövqeyi ilə artıq bir çox masada açar söz sahibidir.”-deyə məqalədə qeyd olunur.

    Məqalədə o da qeyd edilib ki, Avropa İttifaqı, demokratiya kriteriyalarını bəhanə edərək Türkiyənin üzvlük prosesini ləngidib. Bu isə Ankaranı yeni tərəfdaşlıqlara yönəldib. BRICS

    Zirvəsinə qatılım da bu siyasətin təbii nəticəsi kimi qiymətləndirilir.

    Papetti, Türkiyənin NATO üzvlüyünün Qərblə hərbi bağların ən güclü göstəricisi olduğunu qeyd etsə də, ABŞ və Avropanın Ankara qarşısında mütləq ehtiyatlı davranmalı olduqlarını vurğulayır.

    “Türkiyə bəzən proqnozlaşdırılması çətin və narahatlıq yaradan bir müttəfiqdir. Amma onu itirmək Qərb üçün strateji partnyor itkisi deməkdir və bu, Ankaranı Rusiya ilə Çin orbitinə itələyər.”-deyə o yazıb.

    Məqalədə Türkiyənin yalnız hərbi deyil, enerji təhlükəsizliyi, ticarət marşrutları və miqrasiya idarəçiliyi sahələrində də Qərb üçün vazkeçilməz olduğu qeyd olunur.

    “Ankara; Qaradəniz, Aralıq dənizi, Qafqaz, Yaxın Şərq və Balkanlarda unikal təsirə sahibdir. Bu, Qərbin böhran anlarında üz döndərə bilməyəcəyi bir ölkə deməkdir.”- Papetti yazıb.

    Məqalədə həmçinin çinli avtomobil nəhəngi BYD-nin Türkiyəyə etdiyi sərmayə nümunə göstərilərək, ölkənin iqtisadi baxımdan da qlobal cazibə mərkəzinə çevrildiyi vurğulanır.

    Türkiyə həm Qərb, həm də Şərq üçün sənaye, enerji və logistika sahələrində əvəzolunmaz mövqe tutur.

    “Qərbin Türkiyə ilə münasibəti zəruri bir balans üzərində qurulub. Bu balansı pozmaq Qərbin xeyrinə deyil. Çünki Türkiyəsiz nə regional, nə də qlobal təhlükəsizlik təmin oluna bilər.

    Avropa və ABŞ, Ankaradan narazı qalsa belə, qapını üzünə qapata bilməz; çünki Türkiyəsiz dünya düzəni artıq mümkün deyil.”-deyə Papetti, yazısını bu sözlərlə tamamlayıb

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Avropa #Ankara #İtaliya #BRİKS #NATO #Roma #Regional təhlükəsizlik #BRİKS və çoxtərəfli ticarət #Il Gazzettino #Roberto Papetti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    ABŞ təzyiqləri qlobal enerji bazarını və Avropanı sarsıda bilər - İran

    18 İyul 2026 18:25

    Küveyt İranın hücumlarını "iyrənc təcavüz" adlandırdı

    18 İyul 2026 18:18

    İordaniya hava məkanında dörd pilotsuz uçuş aparatını vurub

    18 İyul 2026 18:08

    Körfəz ölkələri İranın son hücumlarına necə reaksiya verib?

    18 İyul 2026 18:06

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    18 İyul 2026 14:24

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    17 İyul 2026 19:38
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.