Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    17 İyul 2026 19:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Küveyt Xarici İşlər Nazirliyi ölkənin elektrik stansiyalarından biri və dəniz suyunun duzsuzlaşdırılması zavoduna raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyini bildirdiyi hücumları kəskin şəkildə pisləyib.

    VOA xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hücumlar "İranın ağır təcavüzü" kimi qiymətləndirilib.

    Bəyanatda bildirilir ki, sözügedən hücumlar Küveytin suverenliyinin, milli təhlükəsizliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, eyni zamanda beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması hesab olunur.

    Küveyt Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu cür hərəkətlərin davam etməsi regional təhlükəsizlik və sabitlik üçün "son dərəcə təhlükəli eskalasiya" yaradır, beynəlxalq legitimliyə meydan oxuyur və gərginliyin azaldılması, eləcə də sülh yolu ilə həll səylərinə zərbə vurur.

    Nazirlik həmçinin bəyan edib ki, Küveyt beynəlxalq hüququn müddəalarına uyğun olaraq öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün zəruri tədbirlər görmək hüququna malikdir.

    İran tərəfi Küveytin bu bəyanatına və hücumlarla bağlı ittihamlarına hələlik rəsmi münasibət bildirməyib. İttihamlar müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

    #İran #Küveyt #Xarici İşlər Nazirliyi #PUA #Regional təhlükəsizlik #Beynəlxalq hüquq #Raket hücumu #elektrik stansiyası #duzsuzlaşdırma zavodu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    1 Sentyabr 2026 22:12

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    1 Sentyabr 2026 20:16

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.