Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan Qəzza fəlakətini bəşəriyyətin məsuliyyəti adlandırıb

    29 Avqust 2025 10:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan Qəzza fəlakətini bəşəriyyətin məsuliyyəti adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı humanitar fəlakəti bəşəriyyətin ümumi məsuliyyəti kimi qiymətləndirib.

    AzerVoice xəbər verir ki, Ərdoğanın Yaponiyanın aparıcı qəzetlərindən olan “Nikkei Shimbun”da yapon və ingilis dillərində dərc olunan məqaləsində Qəzza böhranı və Türkiyə-Yaponiya əməkdaşlığına dair mühüm mesajlar verilib.

    Kommunikasiyalar Direktoru Burhanəddin Duranın sosial media paylaşımında bildirdiyinə görə, Ərdoğan məqaləsində Türkiyə ilə Yaponiya arasındakı dostluğun yalnız rəsmi sənədlərlə deyil, həm də ortaq vicdan, humanitar yardımlar və tarixi xatirələrlə qidalanan dərin bir bağ olduğunu qeyd edib.

    Ərdoğan, Türk qətiyyəti ilə Yapon mühəndisliyinin birləşərək Marmaray, Osmanqazi körpüsü, Boğaziçi və Haliç körpüləri kimi layihələrdə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın etimad, səmimiyyət və sevgi bağı ilə möhkəmləndiyini vurğulayıb. O, Türkiyə-Yaponiya əməkdaşlığının qlobal böhranlar qarşısında konstruktiv həllər təklif edə biləcəyini, xüsusilə TİKA və JICA-nın birgə layihələrinin humanitar diplomatiyada mühüm rol oynadığını bildirib.

    “İsrailin soyqırımı və işğalı nəticəsində uşaqlar aclıqdan əziyyət çəkir, xəstəxanalar fəaliyyətsizdir, şəhərlər xarabalığa çevrilib, milyonlarla insan əsas ehtiyaclarından məhrumdur. Bu faciə bütün bəşəriyyətin məsələsidir.” - deyə Ərdoğan Qəzza ilə bağlı çağırış edib. Türkiyənin bu məsələdə susmadığını və susmayacağını qeyd edən Ərdoğan, atəşkəs, humanitar yardımlara maneəsiz çıxış və günahsız mülki şəxslərin müdafiəsi üçün hər platformada mübarizə apardıqlarını vurğulayıb. O, Yaponiyanın sülhə üstünlük verən müdrikliyinin və beynəlxalq hüquqa sadiqliyinin bu prosesdə əvəzsiz olduğunu, Türkiyənin regional təsiri ilə birləşdikdə güclü bir tərəfdaşlıq yarada biləcəyini qeyd edib.

    Qeyd edək ki, Qəzza böhranı uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biridir. İsrailin hərbi əməliyyatları nəticəsində bölgədə humanitar vəziyyət ağırlaşmış, minlərlə insan həyatını itirmiş və milyonlarla insan evini tərk etmək məcburiyyətində qalmışdır. Türkiyə bu böhrana qarşı aktiv mövqe sərgiləyərək, beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır.

    #Türkiyə #Fələstin #Qəzza zolağı #Yaponiya #humanitar yardım #humanitar böhran #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #İsrail və Qəzza münaqişəsi #Yaponiya - Türkiyə əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44
    XƏBƏR LENTİ

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.