Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    ASELSAN Çelik Kubbe sistemini beş yeni texnologiya ilə gücləndirdi

    24 İyul 2025 11:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ASELSAN Çelik Kubbe sistemini beş yeni texnologiya ilə gücləndirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin müdafiə sənayesinin aparıcı qurumlarından olan ASELSAN, İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Çelik Kubbe hava hücumundan müdafiə konsepsiyasına inteqrasiya ediləcək beş yeni sistemi ictimaiyyətə təqdim edib.

    AzerVoice xəbər verir ki, təqdimat mərasimində Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Sədri Haluk Görgün və ASELSAN baş direktoru Ahmet Akyol da iştirak edib.

    Görgün çıxışında bildirib ki, Çelik Kubbe üzərində işlər bütün gücü ilə davam edir və bu layihənin arxasında yüzlərlə mütəxəssisin zəhməti dayanır.

    • EJDERHA – Elektromaqnit əsaslı anti-PUA sistemidir. Sürü və kamikadze dron hücumlarına qarşı yüksək gücdə elektromaqnit dalğaları yayaraq onların elektron sistemlərini sıradan çıxarır. 1 kilometrə qədər məsafədə təsirlidir.
    • GÖKTAN – Yerüstü platformalardan yüksək dəqiqliklə hədəf zərərsizləşdirir, Tolun mühimmatı ilə təchiz edilmiş yönəldilmiş raket sistemidir. 360 dərəcəlik fəaliyyət qabiliyyəti ilə 6 mərmilə eyni anda atış imkanı verir.
    • KORAL 200 – Elektron müharibə texnologiyasının yeni nəsil versiyası olan bu sistem düşmən hava hücumundan müdafiə radarlarını “kor” edərək, Türk hava qüvvələri üçün təhlükəsiz əməliyyat sahəsi yaradır.
    • TURAN – Çelik Kubbe elementlərinin koordinasiyasını təmin edən yeni nəsil hərbi rabitə sistemidir. Süni intellekt əsaslı idarəetmə, IP əsaslı rabitə və yüksək təhlükəsizlik səviyyəsi ilə sahədə fasiləsiz əlaqə yaradır.
    • GÜRZ – İnsansız quru platforma üzərində qurulmuş, çox qısa mənzilli hava hücumundan müdafiə sistemidir. 8 kilometrə qədər məsafədə sabit və dönər qanadlı PUA-ları və raketləri məhv etmə qabiliyyətinə malikdir.

    ASELSAN baş direktoru Ahmet Akyol bildirib ki, Çelik Kubbe yalnız Türkiyənin deyil, NATO-nun da hava hücumundan müdafiə arxitekturasına inteqrasiya ediləcək. Bu baxımdan ASELSAN beş əsas texnologiya təminatçısından biri kimi seçilib.

    Akyol, təqdim edilən sistemlərin yalnız konseptual deyil, eyni zamanda sahə sınaqlarından uğurla keçdiyini və yaxın illərdə Türk Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyini bildirib.

    #Türkiyə #ASELSAN #NATO #Haluk Görgün #TSK #Türkiyə Müdafiə Sənayesi İdarəsi #Çelik Kubbe #Türk Silahlı Qüvvələri #IDEF 2025 sərgisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.