Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Qambiyalı əsgərlər Türkiyədə təhsil almaq üçün türkcə öyrənir

    26 Fevral 2025 16:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qambiyalı əsgərlər Türkiyədə təhsil almaq üçün türkcə öyrənir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qambiya Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyədə hərbi təhsil almaq üçün Fəcara şəhərindəki Qambiya Silahlı Qüvvələri Təlim Məktəbində türkcə dərsləri alır.

    AzerVoice xəbər verir ki , burada yaradılan “Atatürk sinifi” və “Atatürk kitabxanası” sayəsində türkcə tədris və mənbələrə çıxış imkanı mövcuddur.

    Milli Müdafiə Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında imzalanmış Təhsil Əməkdaşlıq Protokolu çərçivəsində 2020-ci ildən bəri Qambiya ordusunun 555 əməkdaşı türk dili təhsili alıb. Hazırda 22 hərbi tələbə türkcə öyrənir və bu kursun sonunda B2 səviyyəsinə çatmaları hədəflənir.

    Qambiya Hərbi Müşaviri Piyada Qərargah Polkovniki Anıl Aksoy bildirib ki, Qambiya ilə Türkiyə arasındakı hərbi əməkdaşlıq 1991-ci ildə ilk Türk Jandarma Təlim Qrupunun Qambiyaya gəlişi ilə başlayıb. O, həmin dövrdən bu günə qədər 160 Qambiya hərbi qulluqçusunun Türkiyədə müxtəlif proqramlar çərçivəsində türkcə öyrəndiyini qeyd edib.

    Aksoy, türkcə təhsilinin iki ölkə arasındakı hərbi əlaqələrin möhkəmlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verdiyini vurğulayıb.

    “Türkcə tədrisi ilə ilk növbədə ünsiyyət körpüsü yaradırıq. Bu, hərbi təcrübənin ötürülməsinə də kömək edir. Türkcəmizin dünyanın hər yerində danışılmasına böyük önəm veririk.” -deyə o bildirib.

    Türkcə öyrənən hərbi personal Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 2024-cü ildə təmir edilmiş “Atatürk kitabxanası”ndan da istifadə edir. Burada türk və ingilis dillərində hərbi dərsliklər, tarix kitabları, romanlar və araşdırma materialları mövcuddur.

    Qambiya Təlim Məktəbi Kışlasında türkcə təhsili alan əsgər Khadije Balde isə Türkiyəyə böyük maraq göstərdiyini bildirərək,

    “Bu kurs bitdikdən sonra gələn il Türkiyədə hərbi təhsil alacağam. Ona görə də türk dilini öyrənirəm, Türkiyəni çox sevirəm.” – deyə fikirlərini bölüşüb.

    #Türkiyə #Qambiya #TİKA #Qambiya Türkiyə hərbi əməkdaşlığı #Qambiya Türkiyə əlaqələri #Qambiya ordusu üçün türkcə kursları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43
    XƏBƏR LENTİ

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.