#Qambiya

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran limanına doğru hərəkət edən Qambiya bayraqlı "Lian Star" yük gəmisi ABŞ qüvvələrinin müdaxiləsi nəticəsində dayandırılıb. Rəsmi məlumata görə, gəmi beynəlxalq sularda hərəkət edərkən ona 20-dən çox xəbərdarlıq edilib, lakin ekipaj bu çağırışlara əməl etməyib. Nəticədə ABŞ hərbi təyyarəsi gəminin mühərrik bölməsinə raket zərbəsi endirib və gəmi hərəkətsiz vəziyyətə salınıb. Vaşinqton eyni zamanda bildirib ki, İranla qüvvədə olan atəşkəs dövründə tətbiq edilən blokada tədbirlərinin icrası çərçivəsində indiyədək bir neçə ticarət gəmisi dayandırılıb və çoxsaylı gəmilər marşrutlarını dəyişməyə məcbur edilib.

ABŞ rəsmisinin verdiyi məlumata görə, İran limanlarından birinə daxil olmağa çalışan daha bir ticarət gəmisi ABŞ hərbi qüvvələri tərəfindən dayandırılıb. Bildirilir ki, Qambiya bayrağı altında üzən "Lian Star" adlı yük gəmisi ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq İran limanına doğru hərəkətini davam etdirib. Nəticədə Oman körfəzində ABŞ hərbi təyyarələrinin müdaxiləsi ilə gəmi hərəkətsiz vəziyyətə salınıb. Hadisə Vaşinqton və Tehran arasında dəniz nəqliyyatı, sanksiyalar və regional təhlükəsizlik ətrafında davam edən gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan qayığın aşması nəticəsində azı 7 kişi həyatını itirib, çox sayda şəxs isə dənizdə itkin düşüb. Rəsmilərin verdiyi məlumata görə, Avropaya çatmağa çalışan miqrantları daşıyan qayıq çərşənbə gecə yarısı Şimal Sahili Bölgəsində, Cinak (Jinack) kəndi yaxınlığında aşıb. Qambiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hadisədən sonra qayıq qum sahilində oturmuş vəziyyətdə aşkarlanıb. İspaniyanın Kanar adalarına doğru yola çıxan qayıqdakı sərnişinlərdən indiyədək 96 nəfər xilas edilib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.