Bakı,AzerVoice
Müharibənin deyil, sülhün ildönümünü qeyd etmək üçün hamımıza vacib məsuliyyətlər düşür
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dördüncü Krım Platforması Liderlər Zirvəsinə video mesaj göndərib.
"Bu ağrılı gündə, müharibənin 3-cü ili tamamlandığı bir zamanda, ölkə və millət olaraq dost Ukrayna xalqının yanında olduğumuzu öncəliklə ifadə etmək istəyirəm. Son üç ildə torpaqlarını müdafiə edərkən həyatını itirən ukraynalıların ailələrinə başsağlığı diləyirəm",- deyə Ərdoğan bildirib.
Ərdoğan müharibənin dördüncü ilinə daxil olarkən, diplomatiyanı, dialoqu və danışıqları əsas alan yanaşmaların sürət qazandığını vurğulayıb.
"Cənab Zelenski ilə keçən həftə Ankarada, Türkiyənin bu mühüm nöqtədə verə biləcəyi töhfələri və danışıqlara ev sahibliyi etmə istəyini də müzakirə etdik. Bunu bütün səmimiyyətimlə ifadə etmək istəyirəm. Türkiyə olaraq, ədalətli və davamlı sülhün təmin edilməsi üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik",- deyı Ərdoğan əlavə edib