Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İstanbuldan Ankaraya: NATO yeni mərhəə qədəm qoyur

    10 İyun 2026 15:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İstanbuldan Ankaraya: NATO yeni mərhəə qədəm qoyur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    2026-cı il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammiti alyansın gələcək istiqamətlərini müəyyənləşdirəcək ən mühüm toplantılardan biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, NATO 2004-cü ildə İstanbul sammitində kollektiv müdafiə ittifaqından qlobal təhlükəsizlik aktoruna çevrilmə prosesini rəsmiləşdirdiyi kimi, Ankara sammitində də yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formalaşma mərhələsinə daxil ola bilər.

    Türkiyə 22 il əvvəl NATO liderlərini İstanbul boğazının hər iki sahilində qəbul etmişdi. Hazırda isə ölkə artan geostrateji əhəmiyyəti fonunda alyansın növbəti tarixi toplantısına ev sahibliyi etməyə hazırlaşır. Sammit Ankara şəhərindəki Prezident Kompleksində keçiriləcək.

    İstanbul sammiti NATO-nun dönüş nöqtəsinə çevrilmişdi

    2004-cü ildə keçirilən İstanbul sammiti NATO tarixində mühüm mərhələ hesab olunur. Həmin dövrdə 26 üzvdən ibarət olan alyansın əsas prioriteti terrorizmlə mübarizə idi.

    2001-ci il 11 sentyabr terror hücumlarından sonra kollektiv müdafiəni nəzərdə tutan NATO-nun 5-ci maddəsinin ilk dəfə tətbiq edilməsi, həmçinin Avroatlantik məkanın hüdudlarından kənarda yaranan təhlükələr alyansın fəaliyyət istiqamətlərini dəyişməyə başlamışdı.

    Yeni strateji mühitdə NATO təhdidlərin qiymətləndirilməsində yalnız coğrafi yanaşmadan uzaqlaşaraq funksional yanaşmaya üstünlük verməyə başladı. Bu dəyişiklik alyansın ənənəvi məsuliyyət zonasından kənarda sülhməramlı və sabitləşdirici əməliyyatlar keçirməsinə zəmin yaratdı.

    İstanbul sammitində Əfqanıstandakı missiyanın genişləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda İraqda təhlükəsizlik qüvvələrinə dəstək göstərilməsi təşəbbüsü irəli sürüldü.

    Bundan başqa, NATO tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. İstanbul Əməkdaşlıq Təşəbbüsü yaradıldı və bu çərçivədə Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın dərinləşdirilməsinə başlanıldı.

    Sammit zamanı alyansın yalnız ənənəvi müdafiə təşkilatı deyil, həm də qlobal təhlükəsizlik və böhranların idarə olunması sahəsində fəaliyyət göstərən quruma çevrilməsinin vacibliyi vurğulandı.

    Məhz bu səbəbdən İstanbul sammiti NATO-nun müdafiə ittifaqından qlobal təhlükəsizlik aktoruna transformasiyasını rəsmiləşdirən dönüş nöqtəsi hesab edilir.

    Son 22 ildə dünya köklü şəkildə dəyişib

    İstanbul sammitindən sonra ötən 22 il ərzində qlobal geosiyasi mühitdə ciddi dəyişikliklər baş verib.

    Bu dövrdə Əfqanıstan müharibəsi, İraq müharibəsi və onun yaratdığı transatlantik fikir ayrılıqları, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Moskva ilə Avropa arasındakı münasibətlərin kəskinləşməsi, Liviyadakı hadisələr, terror təşkilatı İŞİD-in yüksəlişi, Krımın Rusiya tərəfindən ilhaqı, Çinin qlobal güc kimi mövqeyinin möhkəmlənməsi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər və hibrid təhlükələrin artması NATO-nun fəaliyyətinə birbaşa təsir göstərib.

    Bu müddət ərzində alyans genişlənərək yeni üzvlər qəbul edib və dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmağa çalışıb.

    Transatlantik münasibətlərdə yeni gərginlik

    Son illərdə ABŞ ilə Avropa müttəfiqləri arasında müdafiə xərclərinin bölüşdürülməsi məsələsi də ciddi müzakirə mövzusuna çevrilib.

    ABŞ Prezidenti Donald Tramp həm əvvəlki, həm də hazırkı prezidentlik dövründə müttəfiqlər arasında yükün qeyri-bərabər bölüşdürülməsini kəskin tənqid edib. Vaşinqton Avropa ölkələrinin kollektiv müdafiə sahəsində daha çox məsuliyyət daşımalı olduğunu vurğulayır.

    ABŞ administrasiyasının Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın satın alınması ilə bağlı təşəbbüsü də alyansın gələcəyi ilə bağlı müzakirələri gücləndirib.

    Bundan əlavə, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı yaranan problemlər fonunda Vaşinqton müttəfiqlərini kifayət qədər dəstək göstərməməkdə ittiham edib. Bu da transatlantik münasibətlərdə gərginliyi artıran amillərdən biri olub.

    Ankara sammitindən böyük gözləntilər var

    Mövcud şəraitdə Ankara sammitindən əsas gözlənti NATO-nun vahid və effektiv fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirməsidir.

    ABŞ nümayəndələrinin və Prezident Donald Trampın sammitdə iştirakının müttəfiqlər arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağı bildirilir.

    Vaşinqton son dövrlərdə NATO-nun fəaliyyət modelinin yenilənməsinin vacibliyini vurğulayır. ABŞ administrasiyası Soyuq müharibədən sonrakı dövrdə tərəfdaşlıqların genişləndirilməsi və qlobal təhlükəsizlik aktoruna çevrilmə mərhələsini şərti olaraq “NATO 2.0” adlandırır.

    Bunun əvəzində ABŞ kollektiv müdafiəyə daha çox fokuslanan yeni model – “NATO 3.0” konsepsiyasına keçidin vacibliyini önə çəkir. Bu modelin əsas yükünü isə Avropa ölkələrinin daşıması nəzərdə tutulur.

    Vaşinqton Avropadakı hərbi resurslarının bir hissəsini azaltmaq və müttəfiqlərin müdafiə sahəsində daha çox məsuliyyət götürməsini təmin etmək niyyətindədir.

    Bu istiqamətdə NATO ölkələri Haaqa sammitində müdafiə xərclərinin 2035-ci ilə qədər ümumi daxili məhsulun 5 faizinə çatdırılması barədə razılığa gəliblər. Bunun 3,5 faizinin əsas müdafiə ehtiyaclarına, 1,5 faizinin isə daha geniş təhlükəsizlik investisiyalarına yönəldilməsi nəzərdə tutulur.

    Ankara sammitində bu öhdəliklərin real hərbi imkanlara necə çevriləcəyi, müdafiə sənayesində innovasiyalar, texnoloji inkişaf və əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzularından olacağı gözlənilir.

    Ukrayna, Yaxın Şərq və Asiya-Sakit okean regionu gündəmdə olacaq

    Sammitdə Ukraynaya dəstəyin davam etdirilməsi məsələsinin də geniş müzakirə olunacağı gözlənilir.

    ABŞ və İran arasında aparılan danışıqlar həmin vaxta qədər yekunlaşmasa, Hörmüz boğazındakı vəziyyət və regional təhlükəsizlik məsələləri də gündəmə gətirilə bilər.

    Toplantıda Ukrayna Prezidenti Volodimir Zelenskinin, Avropa İttifaqı nümayəndələrinin, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Asiya-Sakit okean regionu tərəfdaşlarının iştirak edəcəyi gözlənilir.

    Bununla yanaşı, 2004-cü ildə yaradılmış İstanbul Əməkdaşlıq Təşəbbüsünə daxil olan tərəfdaş ölkələrin də sammitdə təmsil olunacağı bildirilir.

    Ekspert: Ankara NATO üçün simvolik və siyasi əhəmiyyət daşıyır

    Alman Marşall Fondunun Brüssel üzrə koordinatoru və analitik Yan Lesser bildirib ki, sammitin Türkiyədə keçirilməsi həm siyasi, həm də simvolik baxımdan böyük əhəmiyyət daşıyır.

    Onun sözlərinə görə, Türkiyə NATO üçün əvəzolunmaz və strateji müttəfiqlərdən biridir.

    Ekspert vurğulayıb ki, Türkiyə alyansın hərbi potensialına mühüm töhfələr verir və eyni zamanda təhlükəsizlik risklərinin yüksək olduğu strateji bölgələrdə yerləşir.

    Yan Lesser qeyd edib ki, NATO hazırda yenidən daha ənənəvi missiyasına – ərazi müdafiəsi və çəkindirmə siyasətinə qayıdır.

    Onun fikrincə, İstanbul sammitinin əsas diqqət mərkəzində Əfqanıstan və Avropadan kənar əməliyyatlar dayanırdısa, hazırkı mərhələdə əsas prioritetlər kollektiv müdafiə, Rusiyadan gələn təhdidlər, Ukrayna müharibəsi və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsidir.

    Ekspert əlavə edib ki, müdafiə innovasiyaları, yeni texnologiyalar, son münaqişələrdən çıxarılan dərslər, hava və raketdən müdafiə sistemləri Ankara sammitinin əsas müzakirə mövzuları sırasında olacaq.

    Onun sözlərinə görə, Ankara sammiti beynəlxalq təhlükəsizlik baxımından olduqca kritik bir dövrə təsadüf edir və burada qəbul ediləcək qərarlar NATO-nun gələcək inkişaf istiqamətlərinə ciddi təsir göstərə bilər.

    Bir sıra ekspertlər hesab edirlər ki, əgər 2004-cü il İstanbul sammiti NATO-nun “NATO 1.0” modelindən “NATO 2.0” mərhələsinə keçidini rəsmiləşdirmişdisə, 2026-cı il Ankara sammiti alyansın “NATO 3.0” adlandırılan yeni mərhələsinin formalaşmasının başlanğıcı kimi tarixə düşə bilər.

    #Rəcəb Tayyib Ərdoğan #Donald Tramp #NATO sammiti #Ukrayna müharibəsi #Ankara sammiti #NATO 3.0 #Türkiyə NATO #transatlantik münasibətlər #Haaqa sammiti #İstanbul sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    25 İyul 2026 18:08

    Növbəti prezident seçkilərində yenidən namizəd olacağam - Tramp

    25 İyul 2026 17:40

    İran rəsmisi ABŞ-İsrail hücumlarına görə qisas vəd etdi

    25 İyul 2026 17:38

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Trampın gömrük tarifləri növbəti hüquqi mübahisənin mövzusu olub

    24 İyul 2026 22:08

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37

    AI Rusiyaya qarşı son 4 ilin ən geniş sanksiya paketini qəbul edib - Sanksiyalara nələr daxildir?

    24 İyul 2026 10:34

    Trampdan İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq - Zərərlər dondurulmuş aktivlər hesabına ödəniləcək

    24 İyul 2026 10:14
    XƏBƏR LENTİ

    Yuxuda dəvəquşu görmək necə yozulur?

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    Ronaldo niyə biznes imperiyasını genişləndirir? - "Qızıl qandal" fenomeni və sərvətin görünməyən tərəfi

    Süveyş kanalının milliləşdirilməsi Yaxın Şərqdə geosiyasi böhrana yol açdı

    Tarixdə bu gün - 26 İyul

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    İran müharibə və atəşkəs dövründə 18 milyard dollarlıq neft satdığını açıqlayıb

    Demokratlar Men ştatında Senata namizəd kimi Troy Ceksonu seçib

    Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

    SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.