Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub. Məktəbin 131 əvvəl böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin inşa etdirdiyi binası 1918-ci ildə Azərbaycan və Türk (Osmanlı) hərbçilərinin Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunması zamanı hərbi hospital kimi fəaliyyət göstərib.

    VOA xəbər verir ki, səfir Birol Akgün məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib. Məktəbin Qarabağ müharibəsində həlak olmuş məzunlarının xatirə lövhəsi də ziyarət olunub. Azərbaycanın istiqlalı, suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinə dua oxunub, onların xatirəsi ehtiramla yad edilib.

    Məktəbin rəhbərliyi qonağa tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib.

    Qeyd edək ki, səfir Birol Akgün 156 nömrəli orta məktəbdə dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənliyə də qatılıb.

    Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı diplomatik nümayəndələri də iştirak ediblər.

    Şənlik çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tematik guşələrinə baxış keçirilib. Şagirdlərin ifalarında türk xalqlarının mahnı və rəqsləri təqdim olunub.

    Səfir Birol Akgün və digər qonaqlar məktəbin müəllim və şagird heyətinə Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verilən töhfələrə görə təşəkkür ediblər.

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib
    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib
    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib
    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib
    #Türkiyə #Azərbaycan #Birol Akgün #Xəzər rayonu #Mərdəkan #156 nömrəli orta məktəb #Qarabağ müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.