Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Tarixi Hicaz Dəmir Yolu yenidən işə salınmağa hazırlanır

    23 Sentyabr 2025 12:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tarixi Hicaz Dəmir Yolu yenidən işə salınmağa hazırlanır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib.

    Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.

    Görüş 2025-ci il 11 sentyabr tarixində Ammanda baş tutub. Nazir Uraloğlu, görüş zamanı üçtərəfli nəqliyyat əməkdaşlığını əhatə edən bir Anlaşma Memorandumu layihəsi üzərində razılıq əldə olunduğunu və bu sənədin yaxın aylarda nazirlər səviyyəsində imzalanmasının planlaşdırıldığını vurğulayıb.

    Nazirin sözlərinə görə, anlaşmanın imzalanmasından sonra ilk mərhələdə avtomobil yolları, dəmir yolları və nəqliyyat dəhlizləri sahəsində üçtərəfli texniki işçi qrupları fəaliyyətə başlayacaq. Hazırda tərəflər bu məqsədlərə çatmağa yönəlmiş bir fəaliyyət planı üzərində işləyirlər. Planın ilkin versiyası Türkiyə tərəfindən hazırlanacaq və nazirlər toplantısına qədər yekunlaşdırılacaq.

    Uraloğlu Hicaz Dəmir Yolu ilə bağlı bu təşəbbüsü “tarixi addım” adlandırıb. Suriya ərazisində 30 km-lik çatışmayan hissənin tamamlanması, İordaniyanın isə öz dəmir yolu lokomotivlərini Dəməşqə qədər işlətmək imkanlarını araşdırması nəzərdə tutulur.

    Nazir əlavə edib ki, orta və uzunmüddətli mərhələdə, Hicaz Dəmir Yolu layihəsindən ayrı olaraq, üç ölkə arasında dəmir yolu sahəsində təlim və texniki təcrübə mübadiləsi aparılması planlaşdırılır.

    Nazir Uraloğlu görüşün digər vacib nəticələrindən birinin də 13 illik fasilədən sonra Türkiyə ilə İordaniya arasında, Suriya üzərindən keçməklə qarayolu nəqliyyatının yenidən bərpa olunması olduğunu bildirib. Tərəflər qarşılıqlı keçidlərə dair milli tənzimləmələr çərçivəsində asanlaşdırıcı tədbirlər görmək barədə də razılığa gəliblər.

    Toplantıda Türkiyənin Akabe Limanı vasitəsilə Qırmızı dənizə çıxışını genişləndirəcək yeni nəqliyyat dəhlizləri də gündəmdə olub. Nazir qeyd edib ki, Suriya və İordaniyanın Türkiyə üzərindən beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışı üçün birgə texniki işlər həyata keçiriləcək.

    #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Suriya #İordaniya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya əməliyyatları #Hicaz #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #Suriya hökuməti #Türkiyə-Suriya əməkdaşlığı #Hicaz Dəmir Yolları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.