BAKI,VOA Orxan Qədirzadə
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Suriya Mərkəzi Bankı arasında türk lirəsi üzrə depozit hesabının açılması ilə bağlı razılaşma imzalanıb.
TCMB-nin yaydığı açıqlamada bildirilib ki, razılaşma çərçivəsində Suriya Mərkəzi Bankının Türkiyə Mərkəzi Bankında türk lirəsi depozit hesabı açması nəzərdə tutulur.
Sənəd Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan və Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Safvat Raslan tərəfindən imzalanıb.
Ekspertlərin fikrincə, belə maliyyə mexanizmləri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, ticarət əməliyyatlarının asanlaşdırılması və yerli valyutalardan istifadənin genişləndirilməsi baxımından əhəmiyyət daşıya bilər.
Razılaşmanın Türkiyə ilə Suriya arasında maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımlardan biri olduğu qeyd olunur.