Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    30 İyul 2026 14:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanacaq qanunvericilik dəyişiklikləri ilə bağlı açıqlama verib. O bildirib ki, proses çərçivəsində qəbul ediləcək qanun ümumi amnistiya xarakteri daşımayacaq.

    Kurtulmuş İneboluya İstiqlal medalı təqdimetmə mərasimində çıxışı zamanı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının fəaliyyəti və qarşıdakı mərhələdə parlamentə təqdim olunması gözlənilən hüquqi tənzimləmələr barədə danışıb.

    TBMM sədri qeyd edib ki, məqsəd Türkiyədə terror probleminə son qoymaq və yeni bir ictimai birlik mərhələsinə keçməkdir.

    “Proses qanunu ümumi amnistiya deyil. Bu, yalnız təşkilatın ləğv edilməsi ilə bağlı müvəqqəti və xüsusi xarakter daşıyan qanun olacaq. Bu qanunla Türkiyədə ümumi amnistiya anlayışı ortaya qoyulmayacaq”, - deyə Kurtulmuş bildirib.

    O vurğulayıb ki, Türkiyə gələcəkdə terror problemi ilə mübarizə aparmaq məcburiyyətində qalmamalıdır.

    “Türkiyədə yeni bir qardaşlıq dövrü başlayacaq. Terroru tarixin zibilliyinə göndəririk”, - deyə TBMM sədri əlavə edib.

    Kurtulmuşun sözlərinə görə, parlamentdə aparılan işlər Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının hazırladığı hesabat əsasında davam etdirilir və prosesin əsas hədəfi ölkədə davamlı sülh və ictimai sabitliyin təmin olunmasıdır.

    #Terrorsuz Türkiyə prosesi #Numan Kurtulmuş açıqlaması #TBMM sədri terrorla mübarizə #Türkiyədə yeni qardaşlıq dövrü #Milli Həmrəylik Qardaşlıq və Demokratiya Komissiyası #Türkiyə proses qanunu #PKK-nın ləğvi prosesi #Türkiyə parlamentində yeni qanun layihəsi #terrorun sona çatdırılması təşəbbüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    30 İyul 2026 14:27

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    30 İyul 2026 14:13

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    30 İyul 2026 14:09

    Gələcək Partiyasının fəaliyyətini dayandırmasından sonra deputatların siyasi gələcəyi müzakirə olunur

    30 İyul 2026 10:54

    Hakan Fidan HƏMAS-ın yeni rəhbəri ilə görüşüb, Türkiyə Fələstinə dəstəyini bir daha bəyan edib

    30 İyul 2026 10:51

    ABŞ Türkiyənin Suriyadakı rolunu necə qiymətləndirir?

    30 İyul 2026 10:49

    Türkiyə və Suriya mərkəzi bankları arasında türk lirəsi üzrə razılaşma imzalanıb

    30 İyul 2026 10:42

    Türkiyə ANKA-III üçün daha böyük yük və yeni radar sistemi hazırlayır

    30 İyul 2026 10:21

    Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

    29 İyul 2026 23:10

    Türkiyə XİN Kiprə xəbərdarlıq edib

    29 İyul 2026 16:12

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00
    XƏBƏR LENTİ

    Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    Çin İrana raket sistemləri göndərməsi ilə bağlı iddiaları təkzib edib

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    NASA xəritələrində Afrikanın qırmızı görünməsinin səbəbi nədir? Afrika yanırmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.