BAKI,VOA Orxan Qədirzadə
Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsi ilə bağlı bəyanat yayıb.
Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, Kipr rum tərəfinin barışmaz mövqeyi dəyişmədiyi və regional təhlükəsizliyə mənfi təsir göstərən addımlarına son qoymadığı müddətdə problemin həlli perspektivi konkret məzmun kəsb etməyəcək.
Keçəli vurğulayıb ki, Türkiyə bu mövqeyini bir daha təsdiqləyir və Kipr məsələsində davamlı həll üçün tərəflərin konstruktiv yanaşmasının vacibliyini qeyd edir.
Bəyanatda həmçinin bildirilib ki, Kipr rum tərəfinin mövcud siyasəti təkcə danışıqlar prosesinə deyil, həm də Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik mühitinə mənfi təsir göstərir.