Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    30 İyul 2026 14:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə Böyük Millət Məclisində (TBMM) Gələcək Partiyası, Səadət Partiyası və DEVA Partiyasının iştirakı ilə yaradılan “Yeni Yol” parlament qrupu qeyri-müəyyənliklə üzləşib. Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun partiyanın fəaliyyətini dayandırmaq qərarı qrupun gələcəyi ilə bağlı suallar yaradıb.

    Davudoğlu iyulun 29-da sosial media hesabından yayımladığı açıqlamada Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq qərarı verdiyini bildirib. O qeyd edib ki, bu addım siyasətdən geri çəkilmək deyil, siyasi fəaliyyətə fərqli yanaşma nümayiş etdirmək məqsədi daşıyır.

    Gələcək Partiyasının ləğvi TBMM-də say baxımından həssas vəziyyətdə olan “Yeni Yol” qrupunun gələcəyini birbaşa təsir altına salıb.

    Bir deputat ayrılığı qrupu dağıda bilər

    TBMM-də parlament qrupu statusunu qorumaq üçün minimum 20 deputat tələb olunur. Hazırda “Yeni Yol”un 20 deputatı var.

    Qrupda 8 Səadət Partiyası, 8 DEVA Partiyası və 4 Gələcək Partiyasından deputat təmsil olunur.

    Gələcək Partiyasından olan 4 deputatdan yalnız birinin qrupdan ayrılması “Yeni Yol”un parlament qrupunu itirməsinə səbəb ola bilər.

    Hazırda Gələcək Partiyası deputatlarından Selçuk Özdağ “Yeni Yol” daxilində fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Lakin digər üç deputat – Sema Silkin Ün, Cemalettin Kani Torun və Mustafa Bilicidən məsələ ilə bağlı rəsmi açıqlama gəlməyib.

    Partiya mənbələri isə vəziyyətin hələ də qeyri-müəyyən olduğunu bildirirlər.

    “Yeni Yol”un əvvəlki böhranları

    “Yeni Yol” qrupu daha əvvəl də deputat itkiləri səbəbindən çətin vəziyyətlə üzləşib.

    2023-cü il ümumi seçkilərindən sonra Gələcək Partiyası və Səadət Partiyası TBMM-də birgə fəaliyyət göstərmək üçün çətir qurmuşdu. Daha sonra DEVA Partiyasının da qoşulması ilə “Yeni Yol” yaradılmışdı.

    Qrup əvvəlcə 24 deputatla fəaliyyətə başlasa da, istefalar nəticəsində deputat sayı 20-yə qədər azalıb.

    Parlament qrupunu qorumaq TBMM-də siyasi görünürlük baxımından mühüm əhəmiyyət daşıyır. Qruplar parlamentdə söz almaq, qanun təklifləri təqdim etmək, qrup rəhbərliyi formalaşdırmaq və komissiyalarda daha güclü təmsil olunmaq imkanlarına malikdir.

    Davudoğlunun qərarı siyasi balansı dəyişə bilər

    Siyasi müşahidəçilər hesab edirlər ki, Gələcək Partiyasının fəaliyyətini dayandırması yalnız partiyanın daxili strukturlarına deyil, TBMM-dəki müxalifət balansına da təsir göstərə bilər.

    “Yeni Yol”un gələcəyi isə Gələcək Partiyası deputatların mövqeyindən asılı olacaq.

    #TBMM Yeni Yol qrupu #Əhməd Davudoğlu Gelecek Partiyası #Türkiyə parlamentində siyasi böhran #Gelecek Partiyasının ləğvi #DEVA Səadət Gelecek ittifaqı #Türkiyədə müxalifət partiyaları #TBMM parlament qrupları #Yeni Yol Partiyası deputat sayı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    30 İyul 2026 14:27

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    30 İyul 2026 14:13

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    30 İyul 2026 14:09

    Gələcək Partiyasının fəaliyyətini dayandırmasından sonra deputatların siyasi gələcəyi müzakirə olunur

    30 İyul 2026 10:54

    Hakan Fidan HƏMAS-ın yeni rəhbəri ilə görüşüb, Türkiyə Fələstinə dəstəyini bir daha bəyan edib

    30 İyul 2026 10:51

    ABŞ Türkiyənin Suriyadakı rolunu necə qiymətləndirir?

    30 İyul 2026 10:49

    Türkiyə və Suriya mərkəzi bankları arasında türk lirəsi üzrə razılaşma imzalanıb

    30 İyul 2026 10:42

    Türkiyə ANKA-III üçün daha böyük yük və yeni radar sistemi hazırlayır

    30 İyul 2026 10:21

    Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

    29 İyul 2026 23:10

    Türkiyə XİN Kiprə xəbərdarlıq edib

    29 İyul 2026 16:12

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00
    XƏBƏR LENTİ

    Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    Çin İrana raket sistemləri göndərməsi ilə bağlı iddiaları təkzib edib

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    Davudoğlunun partiyanı ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    NASA xəritələrində Afrikanın qırmızı görünməsinin səbəbi nədir? Afrika yanırmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.