#Türkiyə

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda gərginliyin hərbi qarşıdurma həddinə çatdığı bir vaxtda Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper ilə mühüm telefon danışığı aparıb. Görüşdə əsas diqqət regionu bürüyən müharibənin dayandırılması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılacaq təcili addımlara yönəlib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ölkədə rəsmi səfərdə olan Niger Respublikasının Müdafiə naziri, Ordu generalı Salifu Modi ilə görüşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Yaşar Gülər həmkarı Salifu Modini nazirlik binasında rəsmi hərbi mərasimlə qarşılayıb. Mərasimdən sonra nazirlər arasında təkbətək görüş keçirilib, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin ifrat sağçı nazirinin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən kəskin şəkildə pisləyib. Nazirliyin yaydığı yazılı bəyanatda Netanyahu hökumətinin addımlarının yalnız müsəlmanlara aid olan müqəddəs məkanın toxunulmazlığını hədəf aldığı vurğulanıb.

Qırğızıstan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində hər il 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz müalicə alması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, hər il ayrılan 150 kvota çərçivəsində Qırğızıstan vətəndaşları Türkiyənin dövlət xəstəxanalarında yüksək ixtisaslı tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər.

BAKI,VOA, Fərid Mikayılov İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb. VOA xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, “Ocean Thunder” adlı türk mülkiyyətli gəmi ötən gecə Hörmüz boğazını təhlükəsiz keçərək Körfəzdən çıxışını tamamlayıb. Məlumata görə, bu keçidlə birlikdə münaqişənin başlanmasından bəri bölgədə gözləyən 3 gəmi boğazdan təhlükəsiz şəkildə ayrılıb.

Konya mərkəzli 13 şəhərdə keçirilən əməliyyat zamanı terror təşkilatının hərbi strukturunda fəaliyyət göstərdikləri iddia olunan şəxslərə qarşı tədbirlər həyata keçirilib. İstanbul, Ankara, İzmir, Bursa, Kayseri, Sakarya, Mersin, Yalova, Isparta, Sivas, Aksaray, Denizli və Afyonkarahisar daxil olmaqla müxtəlif şəhərlərdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 19 nəfər saxlanılıb.

Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin vəfatının 29-cu ildönümü münasibətilə anım mesajı yayımlayıb. Prezident mesajında mərhum lideri rəhmətlə yad edərək onun xatirəsinin xalqın qəlbində yaşadığını qeyd edib.

Korrupsiya və rüşvət ittihamları üzrə aparılan istintaq çərçivəsində saxlanılan Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. İstintaqın detalları ilə bağlı rəsmi açıqlamaların davam edəcəyi bildirilir.

Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, zəlzələdən sonra ilkin mərhələdə hər hansı mənfi hal qeydə alınmayıb. Qurum qeyd edib ki, hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq və araşdırma işləri davam etdirilir.