BAKI,VOA, Fərid Mikayılov
Konya mərkəzli 13 şəhərdə keçirilən əməliyyat zamanı terror təşkilatının hərbi strukturunda fəaliyyət göstərdikləri iddia olunan şəxslərə qarşı tədbirlər həyata keçirilib.
VOA xəbər verir ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 20 nəfər barəsində saxlanılma qərarı verilib.
İstanbul, Ankara, İzmir, Bursa, Kayseri, Sakarya, Mersin, Yalova, Isparta, Sivas, Aksaray, Denizli və Afyonkarahisar daxil olmaqla müxtəlif şəhərlərdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 19 nəfər saxlanılıb.
Bildirilir ki, saxlanılan şəxslərin hüquq-mühafizə orqanlarında istintaqı davam etdirilir.
Qeyd olunur ki, ünvanında tapılmayan digər şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam edir.