BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
VOA xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:52-də baş verib.
Zəlzələnin ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib.
Hadisə təkcə Vanla məhdudlaşmayıb, həmçinin Ağrı, Bitlis, Iğdır və Hakkari vilayətlərində də hiss olunub.
Rəsmi açıqlama
AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, zəlzələdən sonra ilkin mərhələdə hər hansı mənfi hal qeydə alınmayıb.
Qurum qeyd edib ki, hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq və araşdırma işləri davam etdirilir.