BAKI,VOA, Fərid Mikayılov
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb.
VOA xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Aparılan araşdırmalar nəticəsində şübhəlilərin münaqişə bölgələrində fəaliyyət göstərən terror üzvləri ilə əlaqədə olduqları və Türkiyə üçün potensial təhlükə yaratdıqları müəyyən edilib.
Əldə olunan məlumatlar əsasında müəyyən edilən ünvanlara eyni vaxtda keçirilən əməliyyat nəticəsində 17 nəfər saxlanılıb.
Hazırda saxlanılan şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.