#Türkiyə

İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Fənərbağça ilə Beşiktaş arasında son illərdə keçirilən derbilərdə hakimlərin verdiyi sarı və qırmızı vərəqələrin sayı diqqət çəkir. Statistikaya əsasən, bu qarşılaşmalarda daha sərt oyun nümayiş etdirən tərəf Beşiktaş olub. “Qara-ağlar”a 14 qırmızı və 93 sarı olmaqla ümumilikdə 107 vərəqə göstərilib.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 25 milyon 169 min 970 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıraraq, 11 milyon 62 min 530 dollara çatdırıb.

Türkiyənin ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün göstərdiyi diplomatik səylər fonunda, Vaşinqtondakı bəzi qrupların Ankara əleyhinə fəaliyyətləri kəskinləşib. Sözügedən hesabatda Türkiyənin NATO-dakı müttəfiqlik prioritetlərindən uzaqlaşdığı və bəzi dini strukturlardan siyasi məqsədlər üçün istifadə etdiyi iddia olunur. Lakin FDD-nin bu həmləsinə ABŞ-ın nüfuzlu siyasi dairələrindən sərt reaksiya gəlib. Donald Trampın birinci prezidentliyi dövründə Almaniyadakı səfiri və Milli Kəşfiyyat Direktorunun vəzifəsini icra edən Riçard Qrenell sosial media hesabından FDD-yə etiraz bildirib. Qrenell vurğulayıb ki, Türkiyə 1952-ci ildən NATO üzvüdür və "Türkiyə ittifaqdan ayrılarsa, NATO-nun mövcudluğu sona çatar".

İzmir mərkəzli 3 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Əməliyyat İzmir, İstanbul və Konya şəhərlərində eyni vaxtda həyata keçirilib. Jandarma qüvvələri tərəfindən müəyyən edilən ünvanlara keçirilən reydlər nəticəsində bütün şübhəlilər saxlanılıb.

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 71 vilayətdə təşkil edilən əməliyyatlar zamanı 903 şübhəli saxlanılıb, onlardan 373 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn Şeyx ilə paytaxt Ankarada bir araya gəlib. Görüşdə regional vəziyyət, Fələstin məsələsi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu ehtimal edilir.