BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin vəfatının 29-cu ildönümü münasibətilə anım mesajı yayımlayıb.
VOA xəbər verir ki, Ərdoğan sosial media hesabında etdiyi paylaşımda Türkeşin Türkiyəyə və türk millətinə bağlılığını vurğulayıb.
O bildirib ki, Türkeş öz ideyaları və mübarizəsi ilə yadda qalmağa davam edəcək.
Prezident mesajında mərhum lideri rəhmətlə yad edərək onun xatirəsinin xalqın qəlbində yaşadığını qeyd edib.