Türkiyədə genişmiqyaslı hüquq-mühafizə əməliyyatları nəticəsində mütəşəkkil cinayət şəbəkələrinə ciddi zərbə endirilib. Məlumata görə, əməliyyatlar çərçivəsində saxlanılan 83 şübhəlidən 49-u məhkəmə qərarı ilə həbs edilib, 23 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib.
#Türkiyə
Türkiyənin milli müdafiə naziri Yaşar Güler NATO-nun Ankara konfransında çıxışı zamanı müasir təhlükəsizlik konsepsiyasının artıq ənənəvi sərhəd müdafiəsi ilə məhdudlaşmadığını bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran ölkəsinin NATO daxilində strateji əhəmiyyətini vurğulayıb.
İstanbulun Beşiktaş rayonunda polis əməkdaşlarına qarşı törədilən silahlı hücumdan sonra İŞİD terror təşkilatına qarşı 34 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib. Bildirilib ki, Beşiktaşda yerləşən Yapı Kredi Plaza yaxınlığında baş verən hücum zamanı İŞİD-lə əlaqəli üç nəfərdən biri zərərsizləşdirilib, iki nəfər isə yaralı halda ələ keçirilib. Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb.
İranın Pekindəki səfiri Abdolreza Rahmani Fazli ABŞ ilə əldə olunmuş atəşkəsdən sonra açıqlama verərək, münaqişənin yenidən alovlanmaması üçün təminatlara ehtiyac olduğunu bildirib.
Türkiyə-Portuqaliya İqtisadi və Ticari Birgə Komitəsinin (JETCO) 5-ci dövr iclası Türkiyənin Ticarət naziri Ömer Bolat və Portuqaliyanın Xarici İşlər naziri Paulo Rangelin həmsədrliyi ilə Lissabonda keçirilib. Görüşdə iki ölkə arasındakı ticari və iqtisadi iş birliyinin gələcək prioritetləri müəyyən edilib. Nazir Ömer Bolat iclasın yekunlarına dair bildirdib ki, tərəflər qarşılıqlı investisiyalar, podratçılıq xidmətləri, sənaye, texnologiya, enerji, kənd təsərrüfatı və müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəs prosesinə verdikləri dəstəyə görə bir sıra ölkələrə təşəkkür edib. Şərif xüsusilə Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Qətər-in atəşkəsin əldə olunmasına verdiyi “əhəmiyyətli və hərtərəfli dəstəyi” yüksək qiymətləndirib.
Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək 28 fevraldan bəri davam edən münaqişə fonunda əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Ərdoğan atəşkəsin sahədə tam və düzgün şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayaraq, mümkün təxribat və sabotaj cəhdlərinə imkan verilməməsinin önəmini qeyd edib.
Niderland Xarici İşlər naziri vəzifəsinə yeni təyin olunan Tom Berendsen Türkiyəyə ilk rəsmi səfərini həyata keçirəcək. Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçiriləcək görüşlərdə iki NATO müttəfiqi arasında çoxşaxəli əməkdaşlığın inkişafı və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsi əsas müzakirə mövzuları olacaq.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda gərginliyin hərbi qarşıdurma həddinə çatdığı bir vaxtda Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper ilə mühüm telefon danışığı aparıb. Görüşdə əsas diqqət regionu bürüyən müharibənin dayandırılması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılacaq təcili addımlara yönəlib.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ölkədə rəsmi səfərdə olan Niger Respublikasının Müdafiə naziri, Ordu generalı Salifu Modi ilə görüşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Yaşar Gülər həmkarı Salifu Modini nazirlik binasında rəsmi hərbi mərasimlə qarşılayıb. Mərasimdən sonra nazirlər arasında təkbətək görüş keçirilib, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.