Türkiyənin milli müdafiə naziri Yaşar Güler Qətər Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Suud bin Abdurrahman bin Hasan Al Sani ilə telefon danışığı aparıb.
#Qətər
İrana qarşı müharibə başlayandan bəri ABŞ ordusu, İranın ABŞ-İsrail hücumuna cavab olaraq Körfəz ölkələrinə atdığı ucuz "Şahid" pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün az xərcli yollar axtarır.
Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib. Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.
Qətər hakimiyyəti təhlükəsizlik səbəbilə paytaxt Dohada ABŞ səfirliyi ətrafında yaşayan şəxslərin təxliyəsinə başlayıb. Qətər Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ictimai təhlükəsizlik məqsədilə müvəqqəti tədbir kimi ABŞ səfirliyinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərin təxliyəsi həyata keçirilir.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani bildirib ki, İranın Qətər dövlətinə qarşı hücumu heç bir bəhanə və ya əsasla qəbul edilə bilməz.
Qətər Dövlət Təhlükəsizlik Xidməti ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki mütəşəkkil şəbəkənin zərərsizləşdirildiyini elan edib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) yaydığı məlumata görə, bu şəbəkələr Dohada həssas obyektlərə qarşı kəşfiyyat və təxribat fəaliyyətləri planlaşdırırmış.
Qətər Daxili İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı bəyanat yayılıb. Bəyanatda İrandan təşkil edilən hücumlar və ya bu hücumlara müdaxilə nəticəsində baş verən qəzalar zamanı hadisə yerinə toplaşmamağın vacibliyi bildirilib. Hadisə yerlərindən və sahədəki proseslərdən görüntü çəkərək sosial mediada paylaşmamağa diqqət yetirilməsi vurğulanan bəyanatda, bunun hüquqi nəticələri barədə xəbərdarlıq edilib. Bu növ hərəkətlərin rəsmi qurumların işinə mane olduğu və çevik müdaxiləni çətinləşdirdiyi ifadə edilib.
İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi İranın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyinə və ərazilərinə qarşı hərəkətlərini qətiyyətlə pisləyib. Baş Katiblik bu hərəkətləri regional sabitliyə və sülhə təhdid yaradan qəbuledilməz eskalasiya adlandırıb.
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə Səudiyyə Ərəbistanının Vəliəhdi Şahzadə Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda sürətlə inkişaf edən hadisələr və təhlükəsizlik vəziyyəti ətraflı müzakirə edilib.
ABŞ ordusu Qətərin paytaxtı Doha yaxınlığında yerləşən El-Udeyd Hava Bazasından yüzlərlə amerikalı hərbçini təxliyə edib. Nəşrin ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla bildirdiyinə görə, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki bazalardan da müəyyən sayda şəxsi heyətin çıxarıldığı qeyd olunur.
Qətərdə süd tədarükünü təmin etmək üçün inəklərin hava yolu ilə ölkəyə gətirilməsi təşəbbüsü ilə tanınan Əl-Xayyat qardaşları Suriyanın yenidən qurulması prosesində fəal iştirak edirlər. Bildirilir ki, təşəbbüslər nəqliyyat, kənd təsərrüfatı və əsas istehsal sahələrinin dirçəldilməsi, eləcə də sosial şəraitin yaxşılaşdırılması məqsədi daşıyır. Ekspertlərin fikrincə, özəl sektorun bu cür fəallığı Suriyanın bərpa prosesində mühüm rol oynaya və ölkədə iqtisadi aktivliyin canlanmasına təkan verə bilər.
Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq. Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.