Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq.

    AzerVoice xəbər verir ki, Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.

    Fransız rəsmilərin gözləntisinə görə, Paris konfransında 50-yə yaxın ölkə və 10 beynəlxalq təşkilat təmsil olunacaq. Tədbir Fransa Prezidenti Emmanuel Makron və Livan Prezidenti Cozef Aun tərəfindən birgə təşkil ediləcək.

    Paris Livan ordusunun BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq silahsızlaşdırma prosesini davam etdirməsinin vacibliyini vurğulayır. Eyni zamanda beynəlxalq tərəfdaşların ordunun maliyyə, hərbi və logistika ehtiyaclarını koordinasiyalı şəkildə qarşılaması üçün mexanizm yaradılması nəzərdə tutulur. Fransanın hesablamalarına görə, Livan ordusunun illik ehtiyacları 1 milyard dollardan çoxdur.

    Müzakirələrdə Livanın Suriya ilə münasibətləri, sərhədlərin müəyyənləşdirilməsi, suriyalı məhbusların geri qaytarılması, eləcə də İsraillə davam edən gərginlik məsələləri də gündəmdədir. Bundan başqa, Fransa Livanda maliyyə islahatlarının sürətləndirilməsini və Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının yaz iclaslarına qədər müvafiq qanunların qəbul edilməsini vacib hesab edir

    #Misir #Livan #Qətər #Doha #Paris #Livan xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    1 Sentyabr 2026 11:50

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    30 Avqust 2026 18:22

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.