#Qətər

Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.

Səudiyyə Ərəbistanı bu gün İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan zərbələrini pisləyən bəyanat yayıb. Krallığın Xarici İşlər Nazirliyi bu hücumları "açıq təcavüz" və 1974-cü il qoşunların ayrılması haqqında razılaşmanın pozulması adlandırıb. Rəsmi Ər-Riyad beynəlxalq birliyi müdaxilə etməyə və İsrailin beynəlxalq hüquq normalarını pozmasına son qoymağa çağırıb. Bəyanatda həmçinin Səudiyyə Ərəbistanının Suriya Ərəb Respublikası ilə həmrəy olduğu, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atılan bütün addımları dəstəklədiyi vurğulanıb.

Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy raket zərbələrinin nəticələrinin aradan qaldırılmasının 5 ilə qədər davam edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət şirkəti Çin, Cənubi Koreya, İtaliya və Belçikaya mayeləşdirilmiş təbii qaz (LNG) üzrə uzunmüddətli tədarüklərdə fors-major elan etməyə məcbur edə bilər.

Qətər İranın bölgə ölkələrinə qarşı hücumlarını "rəhmsiz" adlandırıb və Tehranın bütün qırmızı xətləri keçdiyini bildirib. Bu barədə Qətər Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. "Qətər son iki gün ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinin İran tərəfindən hədəf alınmasını ən kəskin ifadələrlə pisləyir". - deyə bəyanatda qeyd edilir.

Avropa bazarlarında təbii qazın qiyməti 30%-dən çox bahalaşıb. Qiymətlərdəki bu kəskin sıçrayış İranın Qətərdəki strateji qaz obyektlərindən birini hədəf almasından dərhal sonra qeydə alınıb. Enerji ekspertləri bildirirlər ki, Qətər Avropanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərindən biri olduğu üçün bu hücum qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Hücum nəticəsində tədarük zəncirində yaranan qeyri-müəyyənlik birjalarda çaxnaşmaya səbəb olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərə rəsmi səfər edəcək. Səfər regionda baş verən son hadisələr və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi daşıyır. Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib.

Qətər rəsmiləri çərşənbə axşamı ölkəyə qarşı təşkil edilən raket hücumunun qarşısının alındığını açıqladılar. Bu hadisə İranın ali liderinin ölümü ilə nəticələnən ABŞ və İsrail zərbələrinə cavab olaraq başlatdığı genişmiqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tehran administrasiyası keçən ayın sonunda Yaxın Şərqdə müharibənin başlamasından bəri Körfəz qonşularına qarşı mütəmadi zərbələr endirir ki, bu da mülki aviasiya uçuşlarının pozulmasına və qlobal enerji tədarükünün zəifləməsinə səbəb olur.

ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CBS News" telekanalına verdiyi müsahibədə Donald Tramp administrasiyasının İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükünü açıqlayıb. Hassettin sözlərinə görə, hücumların başladığı gündən bəri ABŞ-ın hərbi xərcləri 12 milyard dolları ötüb. O, ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət qədər olduğunu və bu mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını bildirib.

Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanını və təhlükəsizliyini hədəf alan ciddi bir təhdidin qarşısının alındığını rəsmən açıqlayıb. Nazirliyin ABŞ mərkəzli "X" sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayılan bəyanatda bildirilir ki, Qətər Silahlı Qüvvələri ölkə ərazisinə yönəlmiş raket hücumunu uğurla dəf edib. Müdafiə sistemlərinin vaxtında müdaxiləsi nəticəsində raket hədəfə çatmadan zərərsizləşdirilib. Nazirlik hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verməyib.

BAKI,VOA, Fərid Mikayılov Qətərin Müdafiə Nazirliyi ölkəyə yönəlmiş raket hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. VOA xəbər verir ki, rəsmi məlumata görə, Qətər Silahlı Qüvvələri ölkəyə yönəlmiş raketi vaxtında aşkar edərək onu havada məhv edib.