Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ ordusu Qətərdəki Əl-Udeyd bazasından yüzlərlə hərbçini təxliyə edib

    21 Fevral 2026 09:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ ordusu Qətərdəki Əl-Udeyd bazasından yüzlərlə hərbçini təxliyə edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,VOA, Fərid Mikayılov

    ABŞ ordusu Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Əl-Udeyd Hava Bazasından yüzlərlə amerikalı hərbçini təxliyə edib.

    VOA xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

    Nəşrin ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla bildirdiyinə görə, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki bazalardan da müəyyən sayda şəxsi heyətin çıxarıldığı qeyd olunur.

    Məlumatda vurğulanır ki, bu addımlar İranla ABŞ arasında Tehranının nüvə proqramı ilə bağlı dolayı diplomatik təmasların davam etdiyi bir dövrdə atılıb. Diplomatik proses paralelində Vaşinqtonun regionda hərbi hazırlıq səviyyəsini yüksəltdiyi bildirilir.

    Açıq mənbəli kəşfiyyat məlumatlarını izləyən analitik platformaların paylaşımına əsasən, son bir həftə ərzində ABŞ Silahlı Qüvvələrinə məxsus 100-dən artıq hərbi təyyarə Avropa və Yaxın Şərq istiqamətində uçuş həyata keçirib.

    Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln və USS Gerald R. Ford təyyarədaşıyan gəmilərinin ümumilikdə 120-dən çox döyüş təyyarəsi daşıdığı bildirilir.

    Bundan əlavə, ABŞ-ın Avropa Komandanlığı (EUCOM) və Mərkəzi Komandanlığının (CENTCOM) sərəncamında 200-dən artıq döyüş təyyarəsi və təxminən 108 yanacaq doldurma təyyarəsinin olduğu təxmin edilir.

    ABŞ prezidenti Donald Trump Vaşinqtonda keçirilən Qəzza Sülh Forumu çərçivəsində çıxışı zamanı İranla bağlı prosesin istiqamətinin yaxın 10 gün ərzində aydınlaşacağını bildirib. Tramp, “İranla mənalı bir razılaşma əldə edilməlidir, əks halda ciddi nəticələr ola bilər”, — deyə xəbərdarlıq edib.

    Qətərin cənub-qərbində, səhralıq ərazidə yerləşən Əl-Udeyd Hava Bazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur. Təxminən 24 hektar ərazini əhatə edən baza ABŞ Mərkəzi Komandanlığının regional qərargahına ev sahibliyi edir.

    Bu bazadan Şimali-Şərqi Afrika, Yaxın Şərq və Cənubi Asiya ərazilərində aparılan hava əməliyyatları koordinasiya olunur. İraq, Suriya və Yəmən istiqamətində həyata keçirilən hərbi əməliyyatların böyük hissəsi məhz Əl-Udeyddən idarə edilir.

    Bazanın ərazisində uzun mənzilli bombardmançı təyyarələr, yanacaq doldurma və nəqliyyat təyyarələri, eləcə də pilotsuz uçuş aparatları yerləşdirilib. Hazırda Əl-Udeyddə təxminən 10 min ABŞ hərbçisi xidmət edir.

    #ABŞ #Qətər #ABŞ Hərbi Dəniz Qüvvələri #ABŞ ordusu #İran ABŞ gərginliyi #ABŞ-ın Qətərdəki bazası #ABŞ İran danışıqları #CENTCOM qərargahı #ABŞ-ın regional təhlükəsizlik siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.