Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qətərdə ABŞ-ın Əl-Udeyd hərbi bazasına PUA hücumu dəf edilib

    6 Mart 2026 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətərdə ABŞ-ın Əl-Udeyd hərbi bazasına PUA hücumu dəf edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib.

    VOA xəbər verir ki, Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.

    Bu hücum fevralın 28-dən etibarən İsrail və ABŞ koalisiyasının İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatın tərkib hissəsi kimi qiymətləndirilir. İran rəsmi Vaşinqton və Təl-Əvivin zərbələrinə cavab olaraq ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrdəki hədəfləri hədəf alacağını bəyan etmişdi.

    Xatırladaq ki, ABŞ və İsrailin İranın daxilinə endirdiyi zərbələr nəticəsində İranın ali lideri Ayətullah Əli Xameneyi və bir çox yüksək rütbəli rəsmi həlak olub. İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpurun son məlumatına görə, münaqişənin başladığı gündən bəri İranda 926 nəfər həyatını itirib.

    #ABŞ #Qətər #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    1 Sentyabr 2026 11:50

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54
    XƏBƏR LENTİ

    Özbəkistan Prezidenti “ŞƏT-2040” konsepsiyasının hazırlanmasını təklif edib

    ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.