#ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)

Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının yenidən işə düşdüyünü bildirərək əhalini təhlükəsiz sığınacaqlara keçməyə çağırıb. Nazirliyin yaydığı açıqlamada vətəndaşlar və ölkə sakinlərindən sakitliyi qorumaq, ən yaxın təhlükəsiz yerə sığınmaq xahiş olunub. Bəyanata əsasən, gün ərzində artıq ikinci dəfə hava həyəcanı siqnalları səsləndirilib. Bundan əvvəl də İranın hücumları fonunda oxşar xəbərdarlıq edilmişdi.

İran ABŞ-ın ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ABŞ-a məxsus 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Bəyanatda bildirilib ki, ABŞ gecə saatlarında Hörmüzqan və Məhşəhr sahillərində yerləşən bəzi hərbi bazalara və mülki obyektlərə hava zərbələri endirməklə atəşkəsi və tərəflər arasında əldə olunmuş razılaşmanı pozub.

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına qarşı tətbiq olunan dəniz blokadası nəticəsində 65 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb. İran isə Hörmüz boğazına nəzarətin tam şəkildə öz əlində olduğunu bildirərək, İran İnqilab Keşikçiləri Korpusunun icazəsi olmadan heç bir gəminin keçidinə imkan verilmədiyini bəyan edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabından yaydığı bəyanatda bildirib ki, İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində aprelin 13-dən bu yana ümumilikdə 27 gəmiyə müdaxilə olunub. Məlumata görə, ABŞ hərbi dəniz qüvvələri həmin gəmilərə ya hərəkət istiqamətini dəyişmək, ya da geri dönərək hər hansı bir İran limanına lövbər salmaq barədə göstəriş verib.

Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb ki, ABŞ Mərkəzi Komandanlığında iki hərbi plançı yerləşdirilib. Nazirliyin məlumatına görə, bu addım Hörmüz boğazının müharibədən sonrakı dövrdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyətə malikdir. Qlobal neft tədarükünün böyük hissəsi bu dar su yolundan keçir. Son müharibə bölgədə gərginliyi artırdığı üçün beynəlxalq ictimaiyyət boğazın açıq və təhlükəsiz qalmasının vacibliyini vurğulayır.

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.