İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərinə edilən hücum nəticəsində mülki vətəndaşlar arasında itkilərin olduğu bildirilir. İranın Qərbi Azərbaycan vilayətinin Böhran İdarəetmə Departamenti, ABŞ və İsrailin Urmiya şəhərini hədəf alan hücumu nəticəsində mülki şəxslər arasında həm ölənlərin, həm də yaralananların olduğunu açıqlayıb. Hücumun miqyası və dəymiş ziyan barədə detallar dəqiqləşdirilir.
#Benyamin Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu orduda yaranmış kadr çatışmazlığı səbəbindən məcburi hərbi xidmət müddətinin uzadılmasının gündəmə gətiriləcəyini açıqlayıb. Netanyahu qeyd edib ki, yəhudilər üçün müqəddəs sayılan Pesah (Həmdənsiz çörək bayramı) bayramından sonra məcburi hərbi xidmətlə bağlı yeni qanun layihəsi və xidmət müddətinin artırılması məsələsi müzakirəyə çıxarılacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.
İsrailin Baş naziri Benyamin Netanyahunun İranın hərbi gücünün "məhv edildiyini" bildirməsindən sonra cümə günü Tehrana yeni hava zərbələri endirilib. Fevralın 28-dən bəri demək olar ki, hər gün bombardman edilən paytaxtda bu dəfə "terror rejiminin infrastrukturu" hədəf alınıb. Netanyahu keçirdiyi mətbuat konfransında müharibənin dördüncü həftəsinə doğru irəlilədiyini və İranın uranı zənginləşdirmə və ya ballistik raket istehsal etmə imkanlarının sıradan çıxarıldığını vurğulayıb. "Biz qalib gəlirik, İran isə çökür", – deyə o əlavə edib. Lakin İran İsrailə və Körfəz ölkələrinə, xüsusən də neft-qaz obyektlərinə cavab zərbələrini davam etdirir ki, bu da qlobal enerji böhranı narahatlığını artırır.
İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğuran çıxışında mənəvi dəyərləri kənara qoyaraq "güclü olan sağ qalır" fəlsəfəsini açıq şəkildə müdafiə edib. O, öz siyasətinə bəraət qazandırmaq üçün tarixdəki qanlı imperiyaların və amansız gücün ədalətdən daha üstün olduğunu iddia edib.
İsrailin Baş naziri Benyamin Netanyahu yeraltı sığınacaqda keçirdiyi mətbuat konfransında İranla müharibənin gedişatı barədə mühüm bəyanatlar verib. Baş nazir müharibənin 20-ci günündə İranın nüvə və raket potensialının böyük ölçüdə məhv edildiyini, İsrailin artıq regional fövqəldövlətə çevrildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Yaponiyanın Baş naziri Sanai Takaiçi ilə keçirdiyi birgə mətbuat konfransında İranla müharibənin gedişatı və Vaşinqtonun gələcək addımları barədə strateji açıqlamalar verib. Prezident ABŞ-ın İrana quru qoşunları yeritməyəcəyini və İsrailin neft infrastrukturunu hədəf almayacağını bəyan edib.
İsrail Baş naziri Binyamin Netanyahu, İranın müqavimətini qırdıqlarını iddia edərək hərbi əməliyyatların davam edəcəyinə dair siqnal verib. İsrail Baş Nazirliyi Ofisinin yaydığı məlumata görə, Netanyahu Səhiyyə naziri Haim Katz ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışda məqsədlərinin İran xalqını "rejimdən xilas etmək" olduğunu irəli sürüb. O, "İndiyədək atdığımız addımlarla onların müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir" deyərək hücumların ardının gələcəyi mesajını verib. İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını iddia edən Netanyahu, müdafiənin İrana qarşı hücumlardan daha önəmli olduğunu, bunun isə hər şeydən əvvəl xalqın iradəsi və yüksək inamı ilə bağlı olduğunu bildirib.
Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump-a İsrailin Baş naziri Benjamin Netanyahu ilə “arasına məsafə qoyması” çağırışı edib. Kolumbiya lideri çıxışında Yaxın Şərqdə davam edən qarşıdurmalara toxunaraq Ceksonu Amerika qitəsində Afrika mənşəli xalqların azadlıq mübarizəsinin “canlı simvolu” adlandırıb.
ABŞ dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahuya ABŞ-İran nüvə danışıqları ilə bağlı son vəziyyət barədə məlumat verəcək. Bu barədə Tramp administrasiyasının iki rəsmisi anonimlik şərti ilə açıqlama verib. Məlumata görə, Rubio fevralın 28-də Netanyahu ilə görüşməyi planlaşdırır. Səfər hələ rəsmi şəkildə elan olunmayıb. ABŞ və İran son vaxtlar İslam Respublikasının nüvə proqramı ilə bağlı iki raund dolayı danışıqlar aparıb. ABŞ-ın yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, İran Cenevrədə keçirilən son görüşdə səsləndirilən narahatlıqlara cavab olaraq yazılı təklif hazırlamağa razılaşıb. Həmin rəsmi Ağ evin Təhlükəsizlik Şurasının iclasında İranla bağlı məsələlərin müzakirə edildiyini və mümkün hərbi əməliyyat üçün “tam qüvvələrin” martın ortalarınadək hazır vəziyyətə gətiriləcəyinin bildirildiyini deyib.
Pentaqon Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsi üçün hazırlıq göstərişi verib. ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə regiona əlavə hərbi qüvvələrin göndərilməsini nəzərdən keçirir. Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunmazsa, ABŞ İranla bağlı “çox sərt addımlar” ata bilər. O, həmçinin İranla danışıqların ikinci raundunun gələn həftə keçirilə biləcəyini qeyd edib.
İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranla aparılan nüvə danışıqlarının daha geniş çərçivəyə salınmasını müzakirə etməyi planlaşdırır. Məlumata görə, İsrail tərəfi uzun müddətdir ki, İranın uranın zənginləşdirilməsini tam dayandırmasını, ballistik raket imkanlarını məhdudlaşdırmasını və regiondakı silahlı qruplarla əlaqələrini kəsməsini tələb edir. İran isə bu tələbləri rədd edərək yalnız sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə edə biləcəyini bildirib.