Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İsrail Tehrana qarşı yeni hücum dalğası başladaraq hərbi infrastrukturu hədəf alıb

    20 Mart 2026 11:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Tehrana qarşı yeni hücum dalğası başladaraq hərbi infrastrukturu hədəf alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İsrailin Baş naziri Benyamin Netanyahunun İranın hərbi gücünün "məhv edildiyini" bildirməsindən sonra cümə günü Tehrana yeni hava zərbələri endirilib. Fevralın 28-dən bəri demək olar ki, hər gün bombardman edilən paytaxtda bu dəfə "terror rejiminin infrastrukturu" hədəf alınıb.

    VOA xəbər verir ki, Netanyahu keçirdiyi mətbuat konfransında müharibənin dördüncü həftəsinə doğru irəlilədiyini və İranın uranı zənginləşdirmə və ya ballistik raket istehsal etmə imkanlarının sıradan çıxarıldığını vurğulayıb. "Biz qalib gəlirik, İran isə çökür", – deyə o əlavə edib. Lakin İran İsrailə və Körfəz ölkələrinə, xüsusən də neft-qaz obyektlərinə cavab zərbələrini davam etdirir ki, bu da qlobal enerji böhranı narahatlığını artırır.

    Ramazan bayramı və Novruz şənliklərinin keçirildiyi bir vaxtda Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt də yeni hücumlar barədə məlumat verib. Müharibə Livan istiqamətində də genişlənib; Livan Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində ölənlərin sayının 1000-i keçdiyini açıqlayıb. Livan Prezidenti Cozef Aun atəşkəs və danışıqlar üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

    Netanyahu həmçinin İran rəhbərliyində "çatların" olduğunu və müharibənin gözləniləndən daha tez bitə biləcəyini iddia edib. O, ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin (müharibənin ilk günü öldürülən Əli Xameneyinin oğlu) hələ də ictimaiyyət qarşısına çıxmadığına diqqət çəkib. ABŞ Prezidenti Donald Tramp isə İsrailin addımları ilə koordinasiyalı hərəkət etdiklərini, lakin hazırda İrana quru qoşunları göndərmək planlarının olmadığını bildirib.

    #Benyamin Netanyahu #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək - Netanyahu

    26 Avqust 2026 18:22

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03

    Netanyahu beynəlxalq etirazlardan necə siyasi qazanc götürə bilər?

    24 Avqust 2026 18:16

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyası Yaponiyanı qəzəbləndirdi

    19 Avqust 2026 15:05
    XƏBƏR LENTİ

    QatarEnergy yeni LNG tankerini isitfadəyə verib

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

    İsrailin Livana zərbələri davam edir

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    Robert Köçəryan həbs edildi

    Napoleon niyə Misirdəki ordusunu qoyub gizlicə Parisə qaçdı?

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    Çindən birbaşa Səudiyyəyə yeni xətt - "ONE" nəhəng gəmiçilik xidmətini işə saldı

    BƏƏ cüdo millisi Lozanna "Böyük Dəbilqə" turnirinə qatılır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.