#Benyamin Netanyahu

ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına verdiyi müsahibədə bildirib ki, İsrail Qərb Sahilini ilhaq etməyəcək, çünki bu baş verəcəyi təqdirdə ölkə bütün Amerika dəstəyindən məhrum olacaq. İrana edilən hücumdan sonra bu ölkə ciddi şəkildə zəifləyib və nəticədə Orta Şərq artıq əvvəlki kimi deyil.O, hazırda İranın nüvə proqramı uğrunda deyil, mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını bildirib. “Mən hesab edirəm ki, İran artıq sadəcə sağ qalmaq üçün mübarizə aparır, nüvə silahı üçün yox. Nüvə təhlükəsi artıq mövcud deyil. İran obyektlərinə edilən hücum isə mükəmməl idi,” – deyə Tramp vurğulayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin (Knesset) işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə kəskin etiraz bildirib. Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, İsrailin bu addımı beynəlxalq hüquqa ziddir və “yox hükmündə” sayılır. “Qəzzada sülh səylərinin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım bölgədəki təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edir”, – açıqlamada vurğulanıb.

İsrail parlamenti - Knesset, çərşənbə günü keçirilən iclasda Qərb Sahilinə İsrail suverenliyinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Knesset eyni zamanda Şərqi Qüds yaxınlığındakı “Maale Adumim” yaşayış məntəqəsinin İsrail ərazisinə ilhaqını nəzərdə tutan qanun layihəsini də ilkin oxunuşda qəbul edib.

Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın İsraillə bütün ticarət və hərbi münasibətləri dayandırmasına münasibət bildirib. Tramp açıqlamasında İspaniyanın NATO-ya qarşı öhdəliklərinə əməl etmədiyini deyib. “İspaniya NATO-ya sadiq qalmadı. Məncə, bu ölkə müəyyən cəza almalıdır. Lakin bu məsələ NATO ilə İspaniya arasında həll olunmalıdır,” – deyə ABŞ Prezidenti qeyd edib.

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Misirdə keçirilən Qəzza sammitinə münasibət bildirərək, İsrailin törətdiyi soyqırım cəzasız qalmayacağını və Qəzzalı şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıb. Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli lideri Türkiyə Böyük Millət Məclisi iclasında çıxışında deyib.