İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranla aparılan nüvə danışıqlarının daha geniş çərçivəyə salınmasını müzakirə etməyi planlaşdırır. Məlumata görə, İsrail tərəfi uzun müddətdir ki, İranın uranın zənginləşdirilməsini tam dayandırmasını, ballistik raket imkanlarını məhdudlaşdırmasını və regiondakı silahlı qruplarla əlaqələrini kəsməsini tələb edir. İran isə bu tələbləri rədd edərək yalnız sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə edə biləcəyini bildirib.
#Benyamin Netanyahu
ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır. Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur. Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP) baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların aparılması gözlənilir.
İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.
İsrail hərbi qüvvələri cümə günü Cənubi Livanın bir neçə bölgəsinə hava hücumları həyata keçirib. Hərbi mənbələr, Sidon bölgəsinə də hava zərbəsi endirdiklərini bildirərək, burada da Hizbullah döyüşçüsünün hədəfləndiyini açıqlayıblar. Hazırda Hizbullah tərəfdən hər hansı açıqlama verilməyib.
İsrail Baş Naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına qoşulmağa razılıq verib. Əvvəlcə Netanyahu ofisi bildirib ki, icra komitəsi, daxilində Türkiyə kimi regional rəqiblərin də olduğu struktur, İsrail hökuməti ilə koordinasiya olunmayıb və "siyasətimizə ziddir". İsrailin sağçı maliyyə naziri Bezalel Smotrich isə şurayı tənqid edərək, Qəzzanın gələcəyi üçün İsrailin təkbaşına məsuliyyət götürməsini tələb edib.
İranın yüksək rütbəli rəsmisi və Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə ilə bağlı son təhdidlərinə sərt cavab veriblər. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani mülki vətəndaşların ölümünə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını bəyan edib. Donald Trampın sosial mediada iranlıları dövlət müəssisələrini ələ keçirməyə çağıran paylaşımından qısa müddət sonra Laricani "X" platformasında "İran xalqının əsl qatillərinin adlarını açıqlayırıq: 1-Tramp, 2-Netanyahu" deyə yazıb.
Tehranın mərkəzində yerləşən Böyük Bazar ərazisində etiraz aksiyaları ikinci həftəsinə daxil olub. Dünən səhər yayılan görüntülərdə paytaxtın mərkəzində, bazara yaxın ərazilərdə toplaşan etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edildiyi, yan küçələrin bağlandığı və gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu görünür.
İsrail mətbuatı İsrail və ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı razılıq əldə etdiyini iddia edib. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidi nəzərdə tutan ABŞ administrasiyası ilə əldə olunan razılaşmalardan sonra Tel-Əvivə qayıdıb.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir 2026-cı ili ölkənin təhlükəsizliyi baxımından “həlledici il” adlandıraraq, İsrailin Fələstinin “HƏMAS” hərəkatını tərksilah etmək niyyətində qətiyyətli olduğunu bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib. O, bu mövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-nin Florida ştatında Donald Trampla görüşəcək. Görüş Vaşinqtonun kövrək Qəzza atəşkəsi planının növbəti mərhələsinə keçidi sürətləndirməyə çalışdığı bir vaxta təsadüf edir. Ağ Evdən bildirilib ki, tərəflər yerli vaxtla saat 13:00-da (GMT ilə 18:00) Trampın Mar-a-Laqo iqamətgahında bir araya gələcəklər. Məlumata görə, görüş Netanyahunun xahişi ilə təşkil olunub.
ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.