BAKI, VOA Orxan Qədirzadə
ABŞ-ın Ankaradakı səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak SDQ/YPG-nin özünü buraxaraq Suriya ordusuna inteqrasiya olunduğunu elan etməsini “tarixi hadisə” adlandırıb.
Barrak bildirib ki, Suriya vahid dövlət modelinə doğru irəliləyir. Onun sözlərinə görə, SDQ-nin Suriya dövlət institutlarına nizamlı şəkildə inteqrasiyası keçmişdəki parçalanmanı tərəfdaşlığa çevirib.
ABŞ rəsmisi Kürd dilinin təhsil sistemində tanınmasını və SDQ rəhbərləri Məzlum Abdi ilə İlham Əhmədə Suriya hökumətində mühüm rolların verilməsini də müsbət qiymətləndirib.
Barrak prosesin əsas nəticəsini “bir ordu, bir hökumət, bir dövlət” prinsipi ilə ifadə edib.
Qeyd edək ki, SDQ/YPG rəhbəri Məzlum Abdi Şamda verdiyi açıqlamada qurumun qondarma muxtar idarəsi ilə ona bağlı bütün hərbi və mülki strukturların ləğv edildiyini və Suriya dövlətinə inteqrasiya olunduğunu elan edib.