Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq

    24 Avqust 2026 18:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ maliyyə naziri Skott Bessentin İrana qarşı yeni və genişmiqyaslı sanksiyalar paketinin təfərrüatlarını açıqlaması gözlənilir. Yeni tədbirlərin ölkələri, bankları, gəmiləri, şirkətləri və ayrı-ayrı şəxsləri əhatə edə biləcəyi bildirilir. Vaşinqtonun əsas sınağının isə İran neftinin ən böyük alıcısı olan Çinə münasibətdə hansı addımları atacağı olacağı gözlənilir.

    VOA xəbər verir ki, Bessent daha əvvəl yeni tədbirləri İrana qarşı indiyədək tətbiq edilmiş ən sərt sanksiyalar kimi təqdim edib. ABŞ maliyyə nazirinin açıqlamasında İranla hazırda ticarət aparan və ya əvvəllər iqtisadi əlaqələr saxlamış xarici ölkələrə xəbərdarlıqlar və müəyyən müddətlər də verilə bilər.

    Gözlənilən sanksiyalar İranın neft satışından əldə etdiyi gəlirlərin daha da məhdudlaşdırılmasına, bu ticarətdə iştirak edən maliyyə və daşınma şəbəkələrinin hədəfə alınmasına yönələ bilər.

    Yeni tədbirlərin təsir gücünü müəyyənləşdirəcək əsas məsələlərdən biri Çinin sanksiyalar paketində necə yer alacağıdır. 2025-ci ilin məlumatlarına əsasən, Çin İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80 faizindən çoxunu alıb.

    Son məlumatlar isə ABŞ təzyiqlərinin İranın Çinə neft tədarükünə artıq təsir göstərdiyini göstərir. İranın Çinə neft daşımalarının iyuldakı gündəlik 823 min bareldən avqustda təxminən 534 min barelə düşdüyü bildirilir. Buna baxmayaraq, Çin İran neftinin əsas alıcısı olaraq qalır.

    Buna görə əsas sual Vaşinqtonun Pekinin adını birbaşa çəkib-çəkməyəcəyi, yaxud Çin şirkətləri, neft emalı müəssisələri və maliyyə qurumlarını ayrıca hədəfə alıb-almayacağıdır.

    ABŞ daha əvvəl də İran neftinin alınması ilə əlaqədar Çin müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. Vaşinqtonun yeni tədbirlər çərçivəsində bu siyasəti daha geniş miqyasda davam etdirməsi ABŞ–Çin iqtisadi münasibətlərində əlavə gərginlik yarada bilər.

    Çin isə ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxır. Pekin iqtisadi təzyiqlərin İran məsələsinin həllinə kömək etməyəcəyini bildirərək siyasi və diplomatik vasitələrə üstünlük verilməsinə çağırıb.

    Beləliklə, Bessentin açıqlayacağı sanksiyalar paketinin sərtliyi yalnız İrana qarşı müəyyən ediləcək yeni məhdudiyyətlərlə deyil, Vaşinqtonun Tehranla geniş enerji əlaqələrinə malik Çinə qarşı nə dərəcədə irəli getməyə hazır olması ilə də ölçüləcək.

    #İran #ABŞ #Donald Tramp #Çin #Tehran #Skott Bessent #Pekin #ABŞ sanksiyaları #İran nefti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerini ballistik raketlə vurduqlarını bildirirlər

    24 Avqust 2026 19:06

    Rialın ucuzlaşması müvəqqətidir - İran

    24 Avqust 2026 18:51

    Strateji neft ehtiyatlarının ikinci dəfə istifadəsi gündəmdə deyil - Fatih Birol

    24 Avqust 2026 18:42

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    24 Avqust 2026 18:22

    İranın raket istehsalı davam edir - SEPAH

    24 Avqust 2026 18:13

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    24 Avqust 2026 14:48

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    24 Avqust 2026 10:33

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    23 Avqust 2026 22:00

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07
    XƏBƏR LENTİ

    Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerini ballistik raketlə vurduqlarını bildirirlər

    İsrail qüvvələri Qəzzada məscidi və su təmizləmə qurğusunu vurub

    Rialın ucuzlaşması müvəqqətidir - İran

    Strateji neft ehtiyatlarının ikinci dəfə istifadəsi gündəmdə deyil - Fatih Birol

    Qəzzada ölənlərin sayı artmaqda davam edir

    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    İsrailin hava hücumları Qəzzada məcburi köçkünlərin çadırlarını hədəfə alıb

    Netanyahu beynəlxalq etirazlardan necə siyasi qazanc götürə bilər?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.