ABŞ-ın Ankaradakı səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak SDQ/YPG-nin özünü buraxaraq Suriya ordusuna inteqrasiya olunduğunu elan etməsini “tarixi hadisə” adlandırıb. Barrak bildirib ki, Suriya vahid dövlət modelinə doğru irəliləyir. Onun sözlərinə görə, SDQ-nin Suriya dövlət institutlarına nizamlı şəkildə inteqrasiyası keçmişdəki parçalanmanı tərəfdaşlığa çevirib.
#ABŞ-ın Suriya siyasəti
ABŞ Nümayəndələr Palatası Suriyaya tətbiq edilən “Sezar Aktı” sanksiyalarının ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib. Sənəd qəbul ediləcəyi təqdirdə, 2019-cu ildə qüvvəyə minmiş və Suriya hökumətini müharibə cinayətlərinə görə hədəfləyən “Sezar Aktı” rəsmi olaraq ləğv ediləcək. Qanun layihəsi Ağ Evə Suriyanın yeni hökumətinin terrorizmlə mübarizə tədbirləri və dini-etnik qrupların hüquqlarının qorunması ilə bağlı dövri hesabat təqdim edilməsini də öhdəlik kimi müəyyən edir.