Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

    1 Oktyabr 2025 11:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əvvəlcə qeyd edək ki, xəstəlik səbəbindən oruc tuta bilməyən və bu xəstəliyin davamı üzündən qəzasını da edə bilmədən vəfat edən bir müsəlmana heç bir kəffarət vacib deyil. Onun varislərinin üzərində nə oruc qəzası, nə də maddi öhdəlik var. Bu məsələdə dörd məzhəb arasında fikir birliyi mövcuddur.

    Hənəfilər və Malikilər bildirirlər ki, vəfat edən şəxs vəsiyyət edərsə, onun malının üçdə birindən istifadə olunaraq tutmadığı hər gün üçün bir kasıbı doyurmaqla fidyə verilə bilər. Vəsiyyət olmasa da, varislər istəsələr könüllü olaraq fidyə verə bilərlər.

    Şafii və Hənbəlilər isə belə hesab edirlər ki, tutulmamış oruc borcu maliyyə borcu kimidir və ölüm ilə bitmir. Yəni vəsiyyət olsa da, olmasa da, varisləri onun bütün malından fidyə ayıraraq bu borcu ödəməlidirlər.

    Malikilər əlavə edirlər ki, əgər insan sağlığında şahidlər qarşısında bu borcu etiraf etmişdisə, vəsiyyət olub-olmamasından asılı olmayaraq, fidyə bütün malından çıxılır. Əgər yalnız vəsiyyət etmişdisə, bu zaman malının üçdə birindən fidyə verilir. Heç bir vəsiyyət və etiraf yoxdursa, varislərə heç bir məsuliyyət düşmür.

    Beləliklə, cümhura görə (yəni çoxluq alimlərin fikrinə görə), ölünün oruc borcu qəza ilə deyil, fidyə verməklə ödənir. Bu, hər gün üçün bir kasıbı doyurmaq deməkdir.

    Hənbəli alimlərinin bir qismi, üzrsüz olaraq orucunu tərk edən insan vəfat etdikdə, onun yerinə yaxınlarının oruc tutmasını caiz görmüşlər. Onlar Aişənin (r.a.) rəvayət etdiyi bu hədisə əsaslanırlar:

    “Kim ölərsə və üzərində (tutmadığı) oruc olarsa, onun qəzasını onun vəlisi (yaxını) tutar.”

    Ölülərin diriləri eşitməsi məsələsi

    Bu mövzuda alimlər arasında ixtilaf var. Bəzi alimlər ölülərin eşidə biləcəyini söyləyiblər və dəlil kimi bu hədisi gətiriblər:

    “İnsan qəbirə qoyulduqda, yanında olanlar geri dönüb gedərkən, onun ayaq səsini eşidir.” Peyğəmbərimizin (s.ə.s.) Bədr döyüşündə öldürülən müşriklərə xitab etməsi də buna sübut kimi göstərilib. O buyurdu:

    “Məni haqq ilə göndərən Allaha and olsun! Siz mənim dediklərimi onlardan ( öldürülən müşriklərdən) daha çox eşitmirsiniz, lakin onlar cavab verə bilmirlər.”

    Eyni zamanda Peyğəmbərin (s.ə.s.) qəbir əhlinə salam verməsi və ümmətinə də belə davranmağı öyrətməsi onların eşitməsini göstərən dəlil sayılır.

    İbn Teymiyyə, İbn Qəyyim və İbn Rəcəb kimi alimlər ölülərin eşidə biləcəyini qəbul ediblər. Amma Hənəfi alimlərinin çoxu, o cümlədən Aişə (r.a.), ölülərin eşitmədiyini deyiblər. Onların dəlili isə bu ayələrdir:

    “Şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən” (Nəml, 80). “Sən qəbirlərdə olanlara eşitdirən deyilsən” (Fatir, 22).

    Andı pozmağın kəffarəsi barəsində

    Quranda buyurulur: “…Onun (pozulmuş andın) kəffarəsi – ailənizə yedirdiyiniz yeməyin orta səviyyəsindən on kasıbı doyurmaq, yaxud onları geyindirmək, yaxud bir kölə azad etməkdir. Kim bunları etməsə, üç gün oruc tutmalıdır…” (Maidə, 89)

    Buradan göründüyü kimi, andını pozan şəxs ya kasıbı doyurmalı, ya geyindirməli, ya da kölə azad etməlidir. Bunları edə bilməyən üç gün oruc tutur.

    Ölən insanın and kəffarətinə gəldikdə, alimlər bu məsələdə də oruc qəzasındakı hökmlərə qiyas ediblər. Yəni çoxluğa görə (Hənəfi, Maliki, Hənbəli və İmam Şafiinin yeni görüşünə əsasən) ölünün yerinə oruc tutulmaz. Fidyə vermək kifayətdir.

    İmam Şafiinin əvvəkli görüşünə, eləcə də İbn Hazm, İbn Useymin və İbn Baz kimi alimlərə görə isə, ölünün yerinə oruc tutulması mümkündür.

    Fidyənin verilməsi isə Quranda qeyd olunan kimi – ya kasıbı doyurmaq, ya da geyim verməklə olur (kölə azad etmək günümüzdə mümkün deyil).

    #Cəməl döyüşü #Fil döyüşu #Xəndək döyüşü #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Talaş döyüşü #Yərmuk döyüşü #Bədr döyüşündə iştirak edənlər #Peyğəmbər niyə itlərin öldürülməsini əmr etdi? #Şafii məzhəbində dua hökmü #Peyğəmbər mağara hadisəsi #Peyğəmbərin həyatı #Rebî bin Süleyman və İmam Şafii #Hənbəli məzhəbi #Hənəfilər #Şafiilər #Malikilər #Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı? #xəstəlik səbəbindən oruc tuta bilməyən #Hənbəlilər #Hənbəli alimləri #Ölülərin diriləri eşitməsi #Bədr döyüşü #İbn Teymiyyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    17 May 2026 01:26

    Peyğəmbərin katibi Abdullah ibn Rəvaha hansı döyüşdə şəhid oldu?

    3 May 2026 19:33

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01

    Kızılay terroru, Rusiya imperatorunun qətli və qlobal kəşflər: 13 mart dosyesi

    13 Mart 2026 00:01

    Əndəlüs xilafətindən Qahirə zindanlarına: 22 Ramazan nələrlə yadda qalıb?

    12 Mart 2026 05:30

    İslamın ilk müəzzini Bilal-i Həbəşinin həyatı: Qul bazarından cənnət bağçalarına

    22 Fevral 2026 12:37

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    İslamda bədənə qulluq olarmı?

    9 Noyabr 2025 21:34

    İki müqəddəs məscidi 54,5 milyon ziyarətçi və ümrə ziyarətçisi ziyarət edib

    28 Oktyabr 2025 06:25

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    26 Oktyabr 2025 11:02
    XƏBƏR LENTİ

    Süni intellekt insan duyğularını anlayırmı? - Marketinqdə istifadəsi nə qədər etikdir?

    Fələstin Azadlıq Təşkilatı necə yarandı və Fələstin siyasətində hansı rol oynadı?

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.