#Hz Peyğəmbər

İslamın nuru Mədinədə yayılmağa başladıqca, Peyğəmbərimiz (s.ə.s) nazil olan ayələri insanlara çatdırır və xüsusilə "Əhli-Kitabı" (yəhudi və xristianları) bu uca dinə dəvət edirdi. Qurani-Kərimdə Allaha səmimiyyətlə bağlanan və Onun ayələrini dünya mənfəətinə satmayan kitab əhli müjdələnirdi. Bu müjdəyə nail olanların başında isə yəhudi alimi Abdullah bin Səlam gəlirdi.

İslam dini təmizlik və gigiyenaya böyük önəm verir. Quranda və hədislərdə müsəlmanların natəmizlikdən uzaq durması, bədəni təmiz saxlaması, dəstəmaz və qüslə riayət etməsi xüsusi vurğulanır. Allah təalə çirkdən və nəcasətdən təmizlənənləri sevdiyini bildirir, Peyğəmbərimiz ﷺ isə xüsusilə cümə günü qüsl alınmasını tövsiyə etmişdir. Həmçinin misvakdan istifadə, qoltuqaltı və qasıq tüklərinin təmizlənməsi, gözəl qoxu istifadə etmək kimi əməllər də sünnə sayılır.

İnsanların dillərinin fərqli olması kimi, irq, rəng və xasiyyət baxımından müxtəlifliyi də bir həqiqətdir. Hədisdə deyildiyi kimi: “Allah, Adəmi yer üzünün müxtəlif yerlərindən aldığı bir ovuc torpaqdan yaratdı. Buna görə Adəm övladları da torpağın xüsusiyyətlərinə görə müxtəlif oldular: ağ, qırmızı, qara və aralıq rənglərdə. Bəziləri mülayim, bəziləri sərt; bəziləri pis, bəziləri də xoşxasiyyətli oldular.”