İslam dini həm fiziki, həm də mənəvi təmizliyə böyük önəm verir. Qurani-Kərimdə və hədislərdə təmizlikə çağırış açıq-aydın göstərilir. Allah təala buyurur: “Səndən aybaşı barəsində soruşurlar… Təmizləndikdə isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın.” Bu və digər ayələr paklığa, təmizlik səylərinə verilən dəyəri vurğulayır.
#Şafii məzhəbində dua hökmü
Əvvəlcə qeyd edək ki, xəstəlik səbəbindən oruc tuta bilməyən və bu xəstəliyin davamı üzündən qəzasını da edə bilmədən vəfat edən bir müsəlmana heç bir kəffarət vacib deyil. Onun varislərinin üzərində nə oruc qəzası, nə də maddi öhdəlik var. Bu məsələdə dörd məzhəb arasında fikir birliyi mövcuddur.
Cümə namazı isə yalnız camaatla qılınan bir namazdır və fərdi şəkildə, yəni təkbaşına qılınmaz. Digər fərz namazlarda imamla birlikdə bir nəfərin olması camaat üçün kifayət etdiyi halda, cümə namazında camaatın sayı daha çox olmalı, müəyyən həddən az olmamalıdır.
Peyğəmbərimizin "Namazı mənim qıldığım kimi qılın" göstərişinə əsasən namaz ərəb dilində, yəni Qurani-Kərimin nazil olduğu dildə qılınmalıdır. Namaz əsnasında gündəlik danışıq və məişətə aid sözlər demək olmaz.
Bəs namaz zamanı, xüsusilə səcdədə, Azərbaycan dilində dua etmək caizdirmi?