İslam dini təmizlik və gigiyenaya böyük önəm verir. Quranda və hədislərdə müsəlmanların natəmizlikdən uzaq durması, bədəni təmiz saxlaması, dəstəmaz və qüslə riayət etməsi xüsusi vurğulanır. Allah təalə çirkdən və nəcasətdən təmizlənənləri sevdiyini bildirir, Peyğəmbərimiz ﷺ isə xüsusilə cümə günü qüsl alınmasını tövsiyə etmişdir. Həmçinin misvakdan istifadə, qoltuqaltı və qasıq tüklərinin təmizlənməsi, gözəl qoxu istifadə etmək kimi əməllər də sünnə sayılır.
#Malikilər
Əvvəlcə qeyd edək ki, xəstəlik səbəbindən oruc tuta bilməyən və bu xəstəliyin davamı üzündən qəzasını da edə bilmədən vəfat edən bir müsəlmana heç bir kəffarət vacib deyil. Onun varislərinin üzərində nə oruc qəzası, nə də maddi öhdəlik var. Bu məsələdə dörd məzhəb arasında fikir birliyi mövcuddur.
Eyni zamanda, İslam dini asanlıq və mərhəmət dini olduğuna görə, müsəlmanların çətinliklərlə üzləşdiyi hallarda müəyyən yüngüllüklər və rüxsətlər nəzərdə tutulmuşdur. Bu rüxsətlərdən biri də səfərdə olan şəxslər üçün namazların qısaldılması (qəsr) və bəzən birləşdirilməsi (cəm) qaydalarıdır.