BAKI,VOA, Fərid Mikayılov
Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən oyunçu olub.
VOA xəbər verir ki, Argentina millisinin kapitanı dünya çempionatının 1/16 finalında Kabo-Verde yığmasına qarşı keçirilən görüşdə məhsuldar ötürmə müəllifi olmaqla bu göstəricidə Dieqo Maradonanı geridə qoyub.
Bununla da Messinin dünya çempionatlarının final mərhələlərində məhsuldar ötürmələrinin sayı 9-a yüksəlib. Dünya çempionatlarında assist statistikası rəsmi olaraq 1966-cı ildən aparılır.